Ağdam və ətraf rayonlarda 100 tonlarla soğan anbarlarda çürüyərək məhv olur. Bu səbəbdən təsərrüfat sahiblərinə ciddi məbləğlərdə ziyan dəyib.
Azərbaycanın soğan istehsalçıları yetişdirdikləri məhsulu - NİYƏ SATA BİLMİR?
FED.az xəbər verir ki, hazırda cücərmiş soğanlardan ibarət soğanın kisəsi 1-1,50 manat civarında təklif olunur. Halbuki, bu soğanların kisəsi 4-5 manata alınaraq anbarlara yığılmışdı:
"Elə təsərrüfat var ki, 120 min manat ziyan edib. Vaxtında alıb anbara yığmışdıq. Bir kisə soğanı 4-5 manata almışdıq. Satış zəif oldu, xarici bazarlara çıxarda bilmədik, məhsulumuz batdı. 1 kisə soğandan 2-3 kq sağlam soğan çıxır. Həm əkən, həm də bizə külli ziyan dəyib",- Ağdam Sakini Samir Quluzadə bildirib.
"Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Vüqar Babayevin sözlərinə görə, soğanın çürüməsi və cücərməsi saxlama anbarlarının standardlara uyğun olmamasıdır.
"Anbarlarda saxlanılan hər 100 kiloqram soğanın 50-60 kiloqramı məhv olur. Soğan məhsulu soyuducu anbardan çıxarıldıqdan 1,5-2 ay ərzində satışa yararlı olur". (Baku.TV)