Qarabağda arıçılığın inkişafı və məhsulun bol olması balın qiymətinə də təsir edəcək. Belə ki, gələcəkdə balın qiymətinin aşağı düşməsi gözlənilir.
Eləcə də bax: Azərbaycan bal istehsalını - Artırıb
FED.az xəbər verir ki, bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
B.Həsrətovun sözlərinə görə, bu il azad olunmuş ərazilərdə arıçılar yüksək məhsul götürüb:
"Qarabağ bölgəsində arıçılıq qədimdən inkişaf etmiş sahələrdən biri olub. Torpaqlarımız işğaldan azad olunduqdan sonra bu ərazilərdə arıçılıq yenidən inkişaf edir. Kəlbəcər və Laçın yaylaqlarına ümumilikdə 4000-dən çox arı ailəsi köçürülüb. Bu il həmin yerlərdə məhsuldarlıq çox olub. Belə ki, hər arı yeşiyindən 50 kiloqrama yaxın bal götürülüb.(Trend)