Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının orqanik məhsullar markası yaradıla bilər.
FED.az xəbər verir ki, bunu "Azərbaycan Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Emin Əliyev bildirib.
"Burada əsas məqsəd həmin ərazilərdə orqanik məhsulların istehsalıdır. Bununla bağlı təkliflərimizi Kənd Təsərrüfatı Nazirliyinə təqdim etmişik. Ölkəmizdə orqanik məhsul istehsalı ilə üçün torpaq və su ehtiyatlarından səmərəli istifadəsi, zədələnmiş torpaq sahələrimizin yenidən bərpa edilməsi önəmlidir. Ümumiyyətlə, ölkədə orqanik məhsul istehsalının genişləndirilməsi üçün böyük potensial var. Doğrudur, bu sahədə ciddi problemlər də mövcuddur. Amma əsas məqsəd ondan ibarətdir ki, biz ölkəmizin orqanik məhsul istehsalı potensialını xüsusilə qardaş türk dövlətlərinə təqdim edək və onların bu günə qədər əldə etdikləri təcrübədən yararlanaq” - deyə o qeyd edib. (Report)