2023-cü ilin birinci rübünün yekunları üzrə Azərbaycan Almaniyaya meşə fındığı ixracatçılarının ilk üçlüyünə daxil olub.
Azərbaycanın xaricə satdığı - FINDIQ 800 DOLLAR UCUZLAŞIB – YENİ QİYMƏT
FED.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsindən (Destatis) verilən məlumata görə, hesabat dövründə Almaniya ümumilikdə 116,043 milyon avro (artım 21,1%) dəyərində 18,671 min ton meşə fındığı (2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə artım 7,9%) idxal edib.
Birinci rübdə tədarükçülərin ilk üçlüyünə ənənəvi olaraq birinci yer tutan Türkiyə (73,725 milyon avro dəyərində 12,637 min ton), İtaliya (25,764 milyon avro dəyərində 2,909 min ton) və Azərbaycan (10,405 milyon avro dəyərində 1,928 min ton) daxil olub.
2023-cü ilin yanvar-mart ayları ərzində Almaniyaya meşə fındığı idxalı ötən ilijn birinci rübü ilə müqayisədə miqdar ifadəsində 2,9 dəfə, pul ifadsində - 2,7 dəfə artıb. (İnterfaks-Azərbaycan)