2023-cü ildə Azərbaycanın xaricə ixrac etdiyi meşə fındığı kəskin ucuzlaşıb.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-mart aylarında, yəni ilk 3 ayda xaricə ümumi dəyəri 38 milyon 348 min dollar olan 7 823 ton fındıq ixrac edilib. 1 ton fındığın ixrac qiyməti 4901 dollar təşkil edib.
Bu ötən ilki qiymətdən 830 dollar ucuzdur.
Belə ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan xaricə ümumi dəyəri 40 milyon 330 min dollar olan 7 037 ton meşə fındığı ixrac edilmişdi. Ötən il fındığın 1 tonunun ixrac qiyməti 5731 dollar təşkil edib.