“İD-AGROPARK” MMC-nin 2024-cü il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatını dərc edib.
“M Bulak” BOKT-un xalis mənfəətində - 2 MİLYON MANATDAN ÇOX AZALMA - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “İD-AGROPARK” MMC 2024-cü ili 2 milyon 289 min manat xalis zərər ilə başa vurub. Şirkət 2023-cü ili 3 milyon 609 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, 2024-cü ildə “İD-AGROPARK” MMC-nin xalis zərəri 1 milyon 320 min manat və ya 36,6% azalıb.
Ötən il “İD-AGROPARK” MMC-nin cəmi xərcləri 4 milyon 148 min manat təşkil edib. Şirkətin xərcləri gəlirlərini üstələdiyindən zərər ilə üzləşir.
31 dekabr 2024-cü il tarixində “İD-AGROPARK” MMC-nin yığılmış zərəri 20 milyon 945 min manat təşkil edib ki, bu da Şirkətin 1009 manat olan nizamnamə kapitalından 20 min dəfəyə yaxın çoxdur.
31 dekabr 2024-cü il tarixində “İD-AGROPARK” MMC 14 milyon 48 min manat cəmi aktivlərə, 34 milyon 142 min manat cəmi öhdəliklərə malik olub.
“İD-Aqropark” MMC-nin əkin sahələri Saatlı rayonunda yerləşir. Şirkət badam, nar, pambıq yetişdirilməsilə də məşğul olur. (Marja)


















