“Azərbaycan Hava Yolları” QSC 2021-ci ili 67 ,5 milyon manatlıq zərərlə başa vursa da, 2022-ci ili 110,6 milyon manatlıq xalis mənfəətlə yekunlaşdırıb.
FED.az xəbər verir ki, bu dövrdə şirkətin yığılmış zərəri 1 milyard 767,5 milyon təşkil edib.
Yığılmış zərərin məbləği də öz növbəsi də şirkətin 823,9 milyonluq sərmayəsini və 171,2 milyon manatlıq əlavə ödənilmiş kapitalını silməklə 772,6 milyon manatlıq kəsirin yaranmasına səbəb olub.
Lakin illik müqayisə etdiklə, yığılmış zərərin 115,3 milyon və ya 6,1% azalmasını, o cümlədən kapitaldakı kəsrin 117,7 milyon manat 13,2% azalmasını görmək olar.
Azalmanın əsas səbəbi isə şirkətin 2022-ci ili mənfəətlə yekunlaşdırması ilə əlaqədardır.