Aprelin 25-də İcbari Sığorta Bürosuna məxsus əmlakın satışı ilə bağlı təkrar hərrac açıq auksion qaydasında (növbəlik qaydasında) keçiriləcək.
“Qaradağ Şüşə Zavodu”nun satışı üzrə investisiya müsabiqəsi - ELAN EDİLDİ - 30,5 MİLYON MANAT
İcbari Sığorta Bürosundan FED.az-a verilən məlumata görə, təkrar hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu Kazım Kazımzadə 123 ünvanında keçiriləcək. Təkrar hərracda iştirak üçün satış qiymətinin 5 faizi, yəni 1757,5 manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 iş günü qalanadək hərrac sifarişçisinin hesabında olmalıdır.
Eyni zamanda 500 manat məbləğində iştirak haqqı hərracın təyin edildiyi tarixə 1 iş günü qalanadək hərrac təşkilatçısının hesabına ödənilməlidir.