Bakı mənzil bazarında ilkin və təkrar satış qiymətləri arasında maraqlı dinamika yaranıb.
Azərbaycanda 5 müəssisənin səhmləri hərraca çıxarılacaq - SİYAHI, QİYMƏTLƏR
FED.az bu barədə Azərbaycan Beynəlxalq Bankının (ABB) “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı hesabatına istinadən xəbər verir.
2024-cü ildə ilk dəfə olaraq, ilkin bazarda mənzillərin qiyməti təkrar bazar qiymətlərini üstələyib. Bu dövrdə ümumilikdə bazarda aşağı aktivlik müşahidə olunub. Ənənəvi olaraq yay aylarında yaranan durğunluq, təkrar bazarda qiymətlərin sabit qalması, ilkin bazarda isə ucuzlaşma ilə nəticələnib.
ABB-nin təhlilinə əsasən, ilkin bazarda durğunluğa səbəb olan əsas amillərdən biri kimi banklarda ipoteka faizlərinin yüksəlməsi göstərilir. Eyni zamanda, yeni tikilən yaşayış binalarının tikinti xərclərinin əsasən satışdan daxil olan vəsaitlə qarşılanması, durğunluq şəraitində qiymətlərin aşağı salınmasına səbəb ola bilər.
Bundan əlavə, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı statistik göstəricilər də 2023-cü illə müqayisədə azalma tendensiyasını əks etdirir. 2024-cü ildə ilkin bazar üzrə qeydiyyat 13%, təkrar bazar üzrə isə 7,5% azalıb.