Əmlak Məsələləri Dövlət Xidməti 2025-ci il avqustun 12-də növbəti təkrar pul hərracını keçirməyi planlaşdırır.
Faydalı qazıntı yataqları hərraca çıxarılır - QİYMƏTLƏR
FED.az xəbər verir ki, hərracda beş səhmdar cəmiyyətinə məxsus minlərlə səhm satışa çıxarılacaq. Bu proses həm dövlət aktivlərinin özəlləşdirilməsi siyasətinin davamı, həm də yerli və xarici investorlar üçün sərfəli imkan kimi qiymətləndirilir. Detallar:
"Ağdaş Quşçuluq" ASC 1998-ci ildə yaradılan bu müəssisənin hüquqi ünvanı Ağdaş rayonunun Qaradağlı kəndindədir. Cəmiyyətin nizamnamə kapitalı 677 min manatdan çoxdur. Buraxılmış 338 min ədəd səhmindən 101 min ədədinin satışı planlaşdırılır. Nominal dəyəri 203 min manat olan bu səhmlər 101 662 manat ilkin satış qiyməti ilə təklif edilir.
İkkinci cəmiyyət - "Cəlilabad Şərab" ASC Cəlilabad-Bakı şosesinin 2-ci kilometrliyində yerləşir. Buraxılmış səhm sayı 92 min ədəd olsa da, onların 44,81%-i yəni 41295 ədədi satışa çıxarılıb. Satışın nominal dəyəri 165 min manat təşkil edir, ilkin hərrac qiyməti isə 123 885 manatdır.
"Salyan Broyler" ASC də investorların marağını cəlb edə biləcək şirkətlərdəndir. Müəssisə Salyan rayonunun Xələc kəndində fəaliyyət göstərir. 2000-ci ildə yaradılan cəmiyyətin 560 min səhmi mövcuddur və onlardan 168 min ədəd səhm satışa çıxarılıb. İştirakçılar 168 225 manat ilkin qiymətlə bu səhmləri əldə etmək şansı qazanacaqlar.
Masallı rayonunun Şıxlar kəndində yerləşən "Şıxlar Broyler" ASC isə 1998-ci ildə təsis olunub. Cəmiyyətin 139 min səhmindən 42090 ədədi satışa çıxarılıb. Bu səhmlərin ümumi nominal dəyəri 84 min manat, ilkin satış qiyməti isə 42 090 manat olaraq müəyyən edilib.
"Zaqatala Fındıq" ASC isə 1998-ci il yanvar ayından fəaliyyət göstərir. Hüquqi ünvanı Zaqatala şəhəri, Azərbaycan prospekti 37-də yerləşən müəssisə bu hərracın ən iri iştirakçılarından biri hesab edilir. 419 min səhmdən 125 min ədədi satışa təqdim olunacaq. Satışa çıxarılan paket nominal olaraq 251984 manat təşkil edir və ilkin satış dəyəri 125992 manatdır.
İştirakçılar üçün vacib qaydalardan biri də hər bir səhmdar cəmiyyəti üzrə ilkin satış qiymətinin 10%-i həcmində behin öncədən ödənilməsidir. Hərracda həm fiziki, həm də hüquqi şəxslər iştirak edə bilər. Proses Bakı şəhəri, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Qeyd edək ki, 10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.
2025-ci il avqust ayının 12-də keçiriləcək təkrar pul hərracında səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətləri haqqında məlumat:
Sıra sayı |
Səhmdar cəmiyyətinin |
Səhmdar cəmiyyətinin hüquqi ünvanı |
Nizamnamə kapitalının həcmi (manat) |
Buraxılmış səhmlərin ümumi sayı (ədəd) |
Bir səhmin nominal qiyməti (manat) |
Satışa çıxarılmış səhmlər |
Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat) |
Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti |
İlkin satış qiymətinin |
||
sayı (ədəd) |
buraxılmış səhmlərin ümumi sayında |
||||||||||
1 |
Ağdaş Quşçuluq №463 23.03.1998 |
Ağdaş rayonu, Qaradağlı kəndi |
|
338741 |
2,00 |
101662 |
30,01 |
203324,00 |
101662,00 |
10166,20 |
|
2 |
Cəlilabad Şərab №309 31.05.1999 №178 03.08.2017 |
Cəlilabad rayonu, Cəlilabad - Bakı şossesinin 2-ci kilometri |
368620,00 |
92155 |
4,00 |
41295 |
44,81 |
165180,00 |
123885,00 |
12388,50 |
|
3 |
Salyan broyler №376 26.12.2000 |
Salyan rayonu, Xələc kəndi |
1120118,00 |
560.059 |
2,00 |
168225 |
30,04 |
336450,00 |
168225,00 |
16822,50 |
|
4 |
Şıxlar Broyler №544 06.04.1998 |
Masallı rayonu, Şıxlar kəndi |
279609,60 |
139804 |
2,00 |
42090 |
30,11 |
84180,00 |
42090,00 |
4209,00 |
|
5 |
Zaqatala Fındıq №25 06.01.1998 |
Zaqatala şəhəri,Azərbaycan prospekti, 37 |
838868,80 |
419434 |
2,00 |
125992 |
30,04 |
251984,00 |
125992,00 |
12599,20 |