Bakı şəhərində ilkin mənzil bazarında ən yüksək qiymətlər Səbail rayonu, ən aşağı qiymətlər isə Qaradağ rayonunda qeydə alınıb.
Ölkədə ən populyar 10 avtomobil modeli və onların qiyməti açıqlanıb – ARAŞDIRMA
FED.az xəbər verir ki, ölkənin ən böyük bankı olan ABB araşdırma aparıb.
Məlumata əsasən, 2022-ci il ilə müqayisədə ən çox bahalaşma Xətai 32%, ən az isə Qaradağ rayonunda 3% müşahidə edilib.
Bakıda fərdi yaşayış evlərinin qiymətinə əsasən tikinti materialları bazarında qiymət dəyişiklikləri və mövsümi amillər təsir göstərir.
Belə ki, yay aylarında fərdi yaşayış və bağ evlərinə tələbin artması qiymət artımına səbəb olur.
Bundan başqa, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin su və qaz təchizatı şəbəkələrinə qoşulması 01.10.2023-cü il tarixdən, elektrik şəbəkəsinə qoşulması isə 01 yanvar 2024-cü il tarixdən qadağan edilib.
Bank analitikləri hesab edir ki, bu qaydaya əsasən, təkrar bazara tələbin artması və bunun nəticəsində fərdi yaşayış evlərinin qiymətində artımın müşahidə edilməsi gözlənilir.
Təkrar mənzil bazarında da ilkin mənzil bazarında olduğu kimi ən yüksək qiymətlər Səbail rayonu, ən aşağı qiymətlər isə Qaradağ rayonunda qeydə alınıb.
2022-ci il ilə müqayisədə ən çox bahalaşma Xətai və Nizami rayonlarında 23%, ucuzlaşma isə Nəsimi rayonunda 3% müşahidə olunub.
“Fiziki şəxslərə ayrılan maksimum ipoteka limitinin məbləği Xətai və Nizami rayonları üzrə təklif edilən mənzillərin orta dəyərinə uyğun olaraq daha əlçatandır”- deyə, araşdırmada qeyd edilir.
2024-cü ildə bu tendensiyanın Suraxanı rayonunda müşahidə edilməsi proqnozlaşdırılır.