Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bir neçə səhmdar cəmiyyətinin səhmləri hərraca çıxarılacaq.
"Azərbaycan Beynəlxalq Bankı"nın avadanlıqları - HƏRRACA ÇIXARILDI - QİYMƏT
FED.az xəbər verir ki, hərrac 2025-ci il aprel ayının 8-də keçiriləcək. Satışa çıxarılan səhmlər Ağdaş, Cəlilabad, Salyan və Zaqatala rayonlarında fəaliyyət göstərən müəssisələrə məxsusdur.
Hərracda iştirak etmək istəyən şəxslər ilkin satış qiymətinin 10%-i həcmində beh ödəməklə səhmlərin alınması üçün müraciət edə bilərlər.
Hərraca çıxarılan səhmlərin nominal qiyməti 2-4 manat aralığında dəyişir. Satışa çıxarılan səhmlərin sayı müəssisələr üzrə fərqlidir. Ən çox səhmlər Salyan broiler cəmiyyətinə aiddir – 168 225 ədəd, ən az səhmlər isə Cəlilabad Şərab üzrə satışa çıxarılıb – 41 295 ədəd. Səhmlərin ilkin hərrac qiymətləri 101 662 manatdan başlayır və 168 225 manata qədər dəyişir. Hərracda iştirak üçün tələb olunan beh məbləği isə 10 166 manatdan 16 822 manatadək müəyyən edilib.
İştirak etmək istəyən şəxslər beh məbləğini Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödəməlidirlər.
Sıra sayı |
Səhmdar cəmiyyətinin |
Səhmdar cəmiyyətinin hüquqi ünvanı |
Nizamnamə kapitalının həcmi (manat) |
Buraxılmış səhmlərin ümumi sayı (ədəd) |
Bir səhmin nominal qiyməti (manat) |
Satışa çıxarılmış səhmlər |
Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat) |
Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti |
İlkin satış qiymətinin |
|
sayı (ədəd) |
buraxılmış səhmlərin ümumi sayında |
|||||||||
1 |
Ağdaş Quşçuluq №463 23.03.1998 |
Ağdaş rayonu, Qaradağlı kəndi |
677482.20 |
338741 |
2.00 |
101662 |
30.01 |
203324.00 |
101662.00 |
10166.20 |
2 |
Cəlilabad Şərab №309 31.05.1999 №178 03.08.2017 |
Cəlilabad rayonu, Cəlilabad - Bakı şossesinin 2-ci kilometri |
368620.00 |
92 155 |
4.00 |
41295 |
44.81 |
165180.00 |
165180.00 |
16518.00 |
3 |
Salyan broiler №376 26.12.2000 |
Salyan rayonu, Xələc kəndi |
1120118.00 |
560059 |
2.00 |
168225 |
30.04 |
336450.00 |
168225.00 |
16822.50 |
4 |
Zaqatala Fındıq №25 06.01.1998 |
Zaqatala şəhəri,Azərbaycan prospekti, 37 |
838868.80 |
419434 |
2.00 |
125992 |
30.04 |
251984.00 |
125992.00 |
12599.20 |