2023-cü ilin oktyabr ayının 1-nə respublika üzrə uçotda olan 1milyon 489 min 737 vergiödəyicisinin 87,3 faizi fiziki şəxs, 12,7 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
Mikro və kiçik sahibkarlar üçün yeniliklər olacaq - “Vahid bəyannamə”nin göndərilməsi asanlaşdırılır - VİDEO
Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7 faiz, hüquqi şəxslərin sayı isə 9,2 faiz artıb.
2023-cü ilin oktyabr ayının 1-nə kommersiya qurumlarının sayı 172 min 410 vahid təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kommersiya qurumlarının sayında 9,8 faiz, aktiv kommersiya qurumlarının sayında isə 13,4 faiz artım qeydə alınıb.