İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) müxtəlif sahələrdə şəffaflığın artırılması, o cümlədən, bəyannamələrdə istehsal həcmlərinin düzgün bəyan olunması, aksizli məhsulların dövriyyəsinə nəzarətin gücləndirilməsi və vergi intizamının gücləndirilməsi istiqamətində tədbirlər davam etdirir.
FED.az xəbər verir ki, iyunun 24-də DVX-də pivə istehsalı sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib.
Görüşdə pivə bazarında bazarda şəffaflığın təmin edilməsi üçün atılan addavmlar və aparılmış təhlillərin nəticələri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, təhlillər və nəzarət tədbirləri zamanı bir sıra hallarda istehsal üçün tələb olunan xammalın qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilmədən dövriyyəyə daxil edilməsi, eləcə də uçotdan gizlədilməsi faktları aşkarlanıb. Belə halların istehsal həcmlərinin düzgün bəyan edilməməsinə və vergi risklərinin yaranmasına səbəb olduğu vurğulanıb.
Görüşdə qeyd edilib ki, qanunvericiliyin tələblərini pozan şəxslər barəsində tədbirlər görülüb. Eyni zamanda DVX nümaynədələri bildirib ki, bu sahəyə vergi nəzarəti daha da güclənəcək.
Görüş zamanı bu sahədə həyata keçirilmiş son nəzarət tədbirlərinin nəticələri müzakirə olunub, qanunvericiliyin tələbləri bir daha iştirakçıların diqqətinə çatdırılıb.
Bildirilib ki, həm istehsalçılar, həm də məhsulların topdan və pərakəndə satışı ilə məşğul olan təsərrüfat subyektləri tərəfindən aksizli mal hesab edilən pivənin satışının qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməməsi, əməliyyatların müvafiq informasiya sistemində qeydiyyata alınmaması, eləcə də aksiz markası ilə markalanmamış məhsulların dövriyyəyə buraxılması hallarına vergi nəzarəti tədbirləri zamanı xüsusi diqqət yetirilir. Bu kimi halların qarşısının alınması məqsədilə qanunvericilik çərçivəsində sərt tədbirlər görüləcək.
Görüşdə istehsalçıları maraqlandıran suallar cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.





![Pivə zavodları uçotdan yayınırmış – [red]Vergi Xidməti: Sərt tədbirlər görüləcək [/red] | FED.az](upload/news/small/1456934.jpg)
![Pivə zavodları uçotdan yayınırmış – [red]Vergi Xidməti: Sərt tədbirlər görüləcək [/red] | FED.az](upload/news/small/109276.jpg)
![Pivə zavodları uçotdan yayınırmış – [red]Vergi Xidməti: Sərt tədbirlər görüləcək [/red] | FED.az](upload/news/small/3056314.jpg)









