Bu ilin yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin yeddisinin sığorta yığımlarında azalma olub.
Sığorta yığımlarının həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-MAY, 2026)
Sığorta ödənişlərinin həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-MAY, 2026)
Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-MAY, 2026)
Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-MAY, 2026)
Sığorta şirkətlərinin ödəniş/yığım nisbəti üzrə - RENKİNQİ – (YANVAR-MAY, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığımları ən çox azalan şirkət “Qala Sığorta” ASC olub. Şirkətin yığımları 2 dəfədən çox azalaraq 2025-ci ilin yanvar-may aylarındakı 46,7 milyon manatdan 21,1 milyon manata düşüb, - yəni 25,6 milyon 566 min manat və ya 2,2 dəfə azalma olub.
Yığımları azalan şirkətlər arasında ikinci yerdə “AzSığorta” ASC qərarlaşıb. Bu şirkətin yığımları illik müqayisədə 933 min manat (23,3%) azalaraq 3,1 milyon manat olub.
“Meqa Sığorta” ASC-nin yığımları 797 min manat (6,2%) azalaraq 12 milyon 146 min manata, “Azərbaycan Sənaye Sığorta” ASC-nin yığımları 809 min manat (5,9%) azalaraq 13 milyon 6 min manata düşüb.
Yığımları azalan şirkətlər arasında altıncı yerdə “A-Qroup Sığorta Şirkəti” ASC, yeddinci yerdə “Xalq Sığorta” ASC qərarlaşıb. Bu şirkətlər müvafiq olaraq 7 milyon 568 min manat (341 min / manat 4,3% az), 11 milyon 40 min manat (406 min manat / 3,5% az) sığorta haqqı toplayıb.
Yığımları azalan növbəti şirkət isə “Qala Həyat” Sığorta Şirkəti ASC olub. Şirkətin yığımları illik müqayisədə 218 min manat (1,8%) azalaraq 11 milyon 818 min manata düşüb.
















