Dünya bazarında qızıl kəskin ucuzlaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 1 unsiya qızılın qiyməti 2025-ci ilin noyabrından bəri ilk dəfə olaraq 4000 dollardan (1 qramı 129 dollardan) aşağı düşüb.
Qızılın ucuzlaşmasının səbəbi dolların bahalaşmasıdır, amerika valyutası digər valyutalar qarşısında son 13 ayda ən yük dərəcəyə qalxıb, nəticədə qızılın unsiyasının qiyməti 3985 dollar olub.
Qızılıq ucuzlaşmsası ilə yanaşı, digər qiymətli metallar – palladium, platin və gümüş də dəyər itirməkdədir.
Xatırladaq ki, 2025-ci il qızılın bahalaşması ili olub. Ötən il dünya bazarlarındakı geosiyasi gərginlik və ticarət problemləri səbəbindən qızılın qiymətində 70% artım baş vermişdi. Ümumilikdə isə 2023-2025-ci illərdə qızıl 171 faiz bahalaşıb. 2026-cı ilin ynavarında isə qızılın qiyməti 5600 dolları keçmişdi. O vaxtdan qiymətlər azalmaqdadır və hazırda 4000 dollardan aşağıda sabitləşib.















