Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimovun müsahibəsində "Ümumiyyətlə, hərbi xidmətdən yayınan şəxslər çoxdur?" sualına cavab verib:
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab - MÜSAHİBƏ
FED.az xəbər verir ki, o bildirib: "Bu prosesi Xidmət daxilində tənzimlməyə çalışırıq. Faktlar var, bununla bağlı mediada da məlumatlara rast gəlirik, amma bu, kütləvi deyil. Bəzi hallarda prokurorluq orqanları cinayət işlərinə başlanmasını həyata keçirirlər. Bu gün məhkəmə qərarları da mövcuddur. Amma bir daha deyirəm ki, biz həmin faktların kriminallaşdırılmasında maraqlı deyilik. Biz vətəndaşları nizam-intizama çağırırıq. Bu yerdə “neqodnı” olan vətəndaşlara çağırış edirəm: Öz hərbi biletlərini açsınlar, orada onların komissiyadan keçməsi ilə bağlı konkret tarixlər mövcuddur. Onlar bu hərbi biletə imza çəkiblər. Xahiş edirik, vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək. Bu, həm də Xidmətin işini asanlaşdırar". (Apa, Real TV)














