Azərbaycanda xarici şirkətlərin qeydiyyatında yenilikə gözlənilir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva məlumat verib.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyi tərəfindən elektron apostil verilmiş xarici mənşəli sənədlərin tərcüməsinin distant qaydada notarial rəsmiləşdirilməsi və ünvana çatdırılması xidmətinin təşkili məqsədilə müvafiq portal yaradılıb. Həmin portal yaxın həftələrdə istifadəyə veriləcək.
Xatırladaq ki, Elektron Apostil Proqramına uyğun olaraq elektron apostil verilmiş xarici mənşəli sənədlər müvafiq proqram vasitəsilə əsli ilə yoxlanılır. Və onların tərcüməsi informasiya sistemi üzərindən notariuslar tərəfindən rəsmiləşdirilir. Azərbaycanda bu sistem ilk dəfə tətbiq ediləcək.
Yeni sistemin tətbiqi xarici şirkətlərin Azərbaycanda qeydiyyatı prosesin sadələşdirməlidir.















