Bu ilin yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin 8-i sığorta yığımlarını artırıb.
Sığorta yığımlarının həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-MAY, 2026)
Sığorta ödənişlərinin həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-MAY, 2026)
Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-MAY, 2026)
Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-MAY, 2026)
Sığorta şirkətlərinin ödəniş/yığım nisbəti üzrə - RENKİNQİ – (YANVAR-MAY, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığımlarını ən çox artıran şirkət “Meqa Həyat Sığorta” ASC olub. Belə ki, şirkət 2025-ci ilin yanvar-may aylarında 6 milyon 694 min manat sığorta haqqı toplamışdısa, bu ilin eyni dövründə bu məbləğ 12 milyon 349 min manat olub, - yəni 5 milyon 655 min manatlıq və ya 84,5%-lik artım olub.
Növbət sığorta yığımları ən çox artın şirkət “Aqrar Sığorta” ASC olub. Şirkətin yığımları 2,4 milyon manat (21,5%) artaraq 11 milyon manatdan 13,4 milyon manata yüksəlib.
“İpək Yolu Sığorta” ASC-nin yığımları 251 min manat (20,7%) artaraq 1,5 milyin manata, “Xalq Həyat Sığorta Şirkəti” ASC-nin yığımları 721 min manat (17,2%) artaraq 4,9 milyon manata çatıb.
Yığımların artıran şirkətlər arasında növbəti yeri “Paşa Həyat Sığorta” ASC və “Paşa Sığorta” ASC tutub. Belə ki, şirkətlər müvafiq olaraq 371 milyon manat (25,9 milyon manat / 7,5% çox) və 172,3 milyon manat (9,5 milyon manat / 5,8% çox) sığorta haqqı toplayıb.
Siyahının yeddinci yerində 27 milyon manat sığorta yığımı ilə “Atəşgah Sığorta Şirkəti” ASC, səkkizinci yerində 50,4 milyon manat sığorta yığımı ilə “Atəşgah Həyat Sığorta Şirkəti” ASC qərarlaşıb. Bu şirkətlərdə sığorta yığımları müvafiq olaraq 1,3 milyon manat (5%) və 813 min manat (1,6%) artıb.
















