Bank kartları arasında rəqabət özünü müxtəlif formalarda göstərir. Onlardan biri də «kəşbək»lərlə müştəri cəlb etmək üsuludur. Təklif olunan «kəşbək»lərdən xüsusilə də avtomobil sahiblərinin diqqətini çəkən bir məqam YDM-larda (yanacaq doldurma məntəqəsi) xərclənən vəsaitlərdən geri qayıdan «kəşbək»lərdir.
Restoranda pul xərcləmək bu kartlarla daha sərfəlidir - BANKLAR, «KƏŞBƏK»LƏR, SİYAHI (İyun, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yanacaq xərclərinə hər ay milyonlarla vəsait xərclənir. Elə bu artan xərclər fonunda sürücülər yanacaq xərclərinə qənaət etməyin yolunu axtarırlar. Bu anda «yanacaq kəşbək»ini daha sərfəli şərlərlə təklif edən banklar sürücülərin seçimi olurlar.
FED.az biznes və maliyyə xəbərləri portalı avtomobil yanacağı üzrə bank kartlarının «kəşbək» təkliflərinin nə qədər sərfəli olduğunu araşdırıb. Araşdırma zamanı məlum olub ki, Azərbaycanda banklar tərəfindən təqdim olunan kartlar vasitəsilə YDM-lər üzrə ödənişlərdən 0,5-5% aralığında «kəşbək» qazanmaq olur.
Bu kartlar içərisində ən sərfəlisi «Rabitəbank» tərəfindən təklif olunur. Belə ki, bankın “Kredit” və “Premium” kartlarında 5% «kəşbək» qazanmaq mümkündür.
Müxtəlif bankların kartları ilə yanacaq doldurma məntəqələrində yanacaq alan zaman qazanılan «kəşbək» dərəcələri aşağıdakı cədvəldə qeyd edilib:
|
№ |
Bank |
Kartın adı |
YDM-də qazanılan cashback faizi |
Aylıq maksimum cashback limiti |
|
|
|
1 |
Azərbaycan Beynəlxalq Bankı ABB* |
Bütün kartlarda "Faydalı" kəşbək kataqoriyasına uyğun |
"Ailə başçısı kateqoriyası" ilə İST Petrolda - 10% |
20 manat |
|
|
|
|
||||||
|
2 |
Azər‐Türk Bank |
ATB Debet Card |
0 – 150 AZN (daxil olmaqla) – 1% |
15 manat |
||
|
|
||||||
|
3 |
Bank Respublika |
Neo Standart |
1,5% (limitdən sonra 0,5%) |
10 manat |
||
|
Neo Premium |
25 manat |
|||||
|
|
||||||
|
4 |
Unibank** |
Ucard Classic |
SOCAR YDM-lərdə |
10 manat |
||
|
Classic mərhələ - 1,5% |
||||||
|
Pro mərhələ - 4% |
||||||
|
Premium mərhələ - 5% |
||||||
|
|
||||||
|
5 |
XalqBank*** |
XalqKart Cashback |
2% |
30 manat |
||
|
XalqKart Petrol |
3% |
|||||
|
|
||||||
|
6 |
Yelo Bank |
Yelo Card |
Parlaq paketdə - 2% |
50 manat |
||
|
|
||||||
|
7 |
Rabitəbank |
Kartmane Kredit/Premium |
5% |
20 manat |
||
|
Kartmane Debet |
1,50% |
|||||
|
"Yaşıl kəşbək" |
Kart vasitəsi ilə ödəniş - 1% |
|||||
|
Apple Pay və Google Pay vasitəsi ilə ödəniş - 2% |
||||||
|
|
||||||
|
8 |
Bank of Baku**** |
Bolkart Debet |
SOCAR, "Azpetrol" YDM-larda 1,5% |
10 manat |
||
|
Bolkart Kredit |
SOCAR, "Azpetrol" YDM-larda 3% |
|||||
|
Bolkart Digital |
SOCAR YDM-larda 5% |
20 manat |
||||
|
|
||||||
|
9 |
AFB Bank |
Mono Premium |
0,75% |
30 manat |
||
|
Mono Sadə |
0,50% |
20 manat |
||||
*Ailə başçısı kateqoriyasın ilə yalnız ABB POS-termianllarında istifadə edən zaman kəşbək qazanmaq mümkündür.
**Ay ərzində 300 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 500 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə növbəti ay Pro mərhələsinə keçmək olar. UBank-da "Pro" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.
Ay ərzində 800 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 3000 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə, növbəti ay Premium mərhələsinə keçmək olar. UBank-da "Premium" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.
***XalqKart PETROL kartı ilə bütün nağdsız ödənişlərdən 3% oil-bonus qazanmaq olar. Daha sonra bu bonusları Azpetrol YDM-lərdə istifadə etmək mümkündür.
****Yalnız Bank of Baku-ya aid POS terminallar vasitəsilə ödəniş olunmalıdır.
Qeyd edək ki, Kapital Bankda müştərilərə hər ay müxtəlif kateqoriyalarda seçim imkanı verilir. Bəzi hallarda YDM-lərdə də kəşbək qazanmaq mümkün olur.















