2026-cı il iyun ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 709 min 921 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub.
Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
FED.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,2 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,1 faiz, hüquqi şəxslərin sayı 5,9 faiz artıb.
İyun ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 209 min 205 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,5 faiz çoxdur.
2026-cı ilin may ayında 910 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 88,2 faizi yerli investisiyalı, 11,8 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 84,3 faizi elektron qaydada qeydiyyata alınıb.
2026-cı ilin yanvar – may aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,1 faiz təşkil edib.
İyun ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.














