Bu ilin yanvar-may aylarında “AzSığorta” ASC-nin sığorta yığımlarında və ödənişlərində azalmalar olub.
“AzSığorta” əvvəlki kimi qazana bilmir – GƏLİRLƏR AZALIR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu dövrdə şirkətin yığımları 3 milyon 74 min manat, ödənişləri 652 min manat təşkil edib. 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə sığorta yığımlarında 933 min manat (23,3%), sığorta ödənişlərində 124 min manat (16%) azalma olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə şirkətin yığımları 4 milyon 7 min manat, ödənişləri 776 min manat idi.
Hesabat dövründə şirkətin sığorta ödənişlərinin yığımlarına nisbəti (zərərlilik göstəricisi) 21,2% olub. Başqa sözlə, şikət topladığı hər 100 manat sığorta haqqından 21 manat sığorta ödənişi edib. Zərərlilik göstərici də illik müqayisədə 1,8 faiz bəndi və ya hər 100 manata görə 1,8 manat daha çox olub.
2025-ci ilin eyni dövründə şirkət topladığı hər 100 manat sığorta haqqından 19,4 manat ödəniş edirdi.
















