İşə düzəltmə vədi ilə sənədlərə imza atdı, adına şirkətlər açılaraq 50 min manata yaxın vergi borcu yazıldı.
4 manatlıq şirkətin 1 milyon manat vergi borcu var
FED.az xəbər verir ki, bu iddianı Qaradağ rayonu Lökbatan qəsəbə sakini Tural Şotayev bildirib.
Şikayətçi bildirir ki, qohumlari Tural Şotayev və yoldaşı Asudə Şotayevaya işədüzəldəcəkləri və bunun müqabilində kartlarına hər ay pul köçməsi ilə bağlı vəd veriblər. Onlar bunun üçün müfaviq sənədləri də imzalayıblar. Lakin, bir neçə müddət keçsə də, onların adına açılan kartlara pul köçməyib.
Şikayətçinin iddiasına görə, onun işədüzəltmə adı ilə imzaladığı sənədlərlə adına 10-a yaxın şirkət açılıb. Daha sonra Tural Şotayevin adına açılan vöen hesabına 49 min, yoldaşına isə 50 min manata yaxın vergi borcu yazılıb. Adına yazılan vergi borcu səbəbindən Tural Şotayev hazırda nə rəsmi işdə çalışa bildiyini, nə də ölkədən çıxa bildiyini iddia edir.
Dövlət Vergi Xidməti vətəndaşları sahibkarlıq fəaliyyəti üzrə səlahiyyətlərini 3-cü şəxslərə həvalə edərkən diqqətli olmağa və özlərinə aid elektron imzadan digər şəxslərin istifadəsinə şərait yaratmamağa çağırır.














