Artıq yaydır... Həm də həftə sonudur... İynə atsan yerə düşməyəcək qədər müştərisi olan bu məkanda indi bir nəfər də yoxdur..
Azərbaycana turist axını 11% azalıb
FED.az xəbər verir ki, buna səbəb də havaların qeyri-sabit keçməsidir.
Dənizkənarı zonalarda iaşə obyekti işlədənlər bildirirlər ki, müştəri olmayan günlərdə də işçilərinə məvacib ödəməlidirlər. Bu addımı atırlar ki, müştəri olan günlərdə işçi problemi yaşamasınlar. Üstəlik icarə haqqı da verməlidirlər. Bu da günü, sonda isə ayı zərərlə başa vurmağa gətirib çıxarır.
İbrahim Novruzov bildirdi ki, 15 ildir bu restoranı işlədir. Lakin, builki kimi acınacaqlı vəziyyət heç vaxt olmayıb.
10 ildir bu sektorda fəaliyyət göstərən Bəhram Məmmədov isə bildirir ki, əvvəllər də dəniz mövsümündə küləkli, yağışlı, buludlu günlər olurdu. Amma indiki qədər yox. Elə məhz buna görə də iyun ayını təxminən zərərlə başa vurublar.















