14 iyul 2026-cı il tarixində saat 11:00-da hərraca çıxarılan “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlakların siyahısı açıqlanıb.
“Aqrarkredit” BOKT üç dayanacaq sahəsini cəmi 2.5 milyon manata satışa çıxardı
FED.az xəbər verir ki, siyahıda qeyd olunmuş əmlaklar 3-cü dəfə 30% qiyməti aşağı salınmaqla təkrar hərraca çıxarılır.
Hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir. Satışa təşkilatın balansında olan və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən irihəcmli qeyri-yaşayış sahələri (avtodayanacaqlar) çıxarılıb.

















