Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb.
Mikro sahibkarlar üzrə vergi güzəşti ləğv edilir - 20 FAİZ VERGİ ÖDƏNİLƏCƏK
Azərbaycanda vergi ödəyicilərinə borcunu ödəmək üçün - VAXT VERİLƏCƏK
Yük daşıma ilə məşğul olan şəxslər üçün – VERGİLƏR ARTIRILIR – MƏCƏLLƏYƏ DƏYİŞİKLİK
FED.az xəbər verir ki, qanun layihəsinə əsasən, siqaret və alkoqollu içkilərin aksiz dərəcəsinin artırılması, aksiz vergisindən azad edilən məhsulların siyahısı genişləndirilməsi, motosikletlərə aksiz vergisinin müəyyənləşdirilməsi, mikro sahibkarlara vergi güzəştinin şərtləri dəyişdirilməsi, kiçik sahibkarlığa keçid stimullaşdırılması, mikro sahibkarların sosial sığorta haqlarının 25 faizinin ödəyəcəkləri vergidən çıxılması, tibb müəssisələri, özəl tibbi praktika ilə məşğul olan şəxslər, tədris bazası kimi fəaliyyət göstərən xəstəxanalar və film istehsalı ilə bağlı vergi güzəştinin müəyyənləşdirilməsi və s. təklif olunur.
Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.