2023-cü ilin yanvar-avqust ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 12 milyard 80,4 milyon manat vergi daxil olub.
Azərbaycanda vergi ödəyicilərinin sayı - 1,5 MİLYONA YAXINLAŞDI
FED.az xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 23,4 faiz və ya 2,3 milyard manat artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 6 milyard 865,6 milyon manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 20,5 faiz və ya 1 milyard 166,8 milyon manat artıb.