Gələn ildən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən hüquqi şəxslərin divident gəlirlərinin 10 il vergidən azad edilməsi nəzərdə tutulub.
Eləcə də bax: Qarabağda istehsal üçün lazım olan xammal və materialın idxalı - ƏDV-dən AZAD EDİLİR
FED.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) divident gəlirləri 2023-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azad olunur. (Report)