Azərbaycanda son vaxtlar vergidən yayınmaq üçün istifadə edilən üsullardan biri də birgünlük müəssisələrin yaradılmasıdır.
Eləcə də bax: «Kölgə»də qalmaq istəyən sahibkarların - «QAPISI BAĞLANACAQ»
FED.az xəbər verir ki, işqtisadiyyat naziri Mikayıl Cabbarov vergi əməkdaşlarının peşə bayramı münasibətilə keçirilən konfransda bu hallara qarşı məsələni prioritetlər sırasına çıxarıb. Nazir qeyd edib ki,
Bu sahədə əsas diqqətmizi vergidən yayınma sxemlərindən istifadə etməklə, xüsusən də biznesin bölünməsi və ehtiyat formalaşdırmağın qeyri-qanuni həyata keçirilməsi, birgünlük şirkətlərin yaradılması praktikaları tətbiq edən bazar iştirakçılarının qarşsını almaqdır.
Ötən il bu sxemlərin qarşısının alınması üçün qanunvericilik və inzibatçılıq çərçivəsində gərəkli addımlar atılsa da, biz hələ də elektron dövlət qeydiyyatı sisteminin verdiyi asan qeydiyyat imkanlarından istifadə edərək bir şəxsin adına yaradılan çoxsaylı müəsssələrin qeydə alındığını müşahidə edərik.
Bu qanun pozuntusu deyil, amma bəzii hallarda biz görürük ki, sui-istifadə üçün də yol açan alətlərdən birənə çevrilir».