Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə, kölgə iqtisadiyyatının azaldılması prosesi 2020-ci ildə də davam edəcək.
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov vergi əməkdaşlarının peşə bayramına həsr olunan konfransda bildirib.
Eləcə də bax: Nazirdən «birgünlük MMC»lərə pis xəbər – «Sui-istifadə etmək üçün yaradılır»
«Biznes münasibətlərinin şəffaflaşmavsı məsələsində eriyə yol yoxdur, Hökumət bu yolu seçib»-deyə nazir bəyan edib. Cabbarov bildirib ki, kölgə iqtisadiyyatına qarşı mübarizə təkcə vergi ödənişlərinin yığılması ilə bağlı deyil: «Kölgə iqtisadiyyatı sahibkarlpar arasında haqsız rəqabət yaradır, leqal işləyən sahibkarları çətin vəziyyətə salır».
Nazir bildirib ki, vergidən yayınanlarla yayınmayanlara fərqli münasibət göstərilir və bu özünü Vergi Məcəlləsinə bu il edilən dəyişikliklərdə də nəzərə alınıb. Qanunsuz əmtəəsiz və sair şübhəli əməliyyatlar aparanlara münasibət fərqli olacaq. Qeyd edək ki, söhbət müxtəlif şübhəli əməliyyatlara görə, riskli vergi ödəyicisi sayılan iş adamlarına qarşı tədbirlərdən gedir.
Eləcə də nazir bildirib ki, paralel olaraq şəffaf işləyən sahibkarlar da şəffaf işləməyin faydalarını görməyə başlayıblar: «Şəffaf işləmək istəyənlər üçün qapılarımız açıqdır, «kölgə»də qalmaq istəyənlər üçün qapıları bağlayacağıq»-deyə M.Cabbarov bildirib.