Transmilli şirkətlər qrupuna daxil olan və məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olan rezident müəssisə tərəfindən vergi orqanına qanunla müəyyən edilmiş hesabatın vaxtında təqdim olunmamasına görə maliyyə sanksiyası tətbiq edilirmi?
Azərbaycanda bu spirtli içkilərin aksiz vergisi - 20% ARTIRILIR
Mikro sahibkarlar üzrə vergi güzəşti ləğv edilir - 20 FAİZ VERGİ ÖDƏNİLƏCƏK
Azərbaycanda vergi ödəyicilərinə borcunu ödəmək üçün - VAXT VERİLƏCƏK
Yük daşıma ilə məşğul olan şəxslər üçün – VERGİLƏR ARTIRILIR – MƏCƏLLƏYƏ DƏYİŞİKLİK
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.9-cu maddəsinə əsasən, hesabatın müəyyən edilmiş müddətdə, formada və qaydada təqdim edilməməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq olunması nəzərdə tutulub. Onu da qeyd edək ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına uyğun olaraq, ölkələrarası hesabatın müəyyən edilmiş müddətdə, formada və qaydada təqdim olunmamasına görə maliyyə sanksiyasının məbləği 500 manatdan 10.000 manatadək artırılıb.
Əsas: Vergi Məcəlləsinin 57.1-2-ci maddəsi