Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) aparatının strukturunda dəyişiklik edilib.
İndiyədək ölkədə 67 min yeni nəsil nəzarət-kassa aparatları - QURAŞDIRILIB
FED.az xəbər verir ki, qurumun İqtisadiyyat sahələrinin ekspertizası və təhlili bölməsi ləğv edilib.
Eyni zamanda iki şöbə yaradılıb. Onlardan biri Layihələrin idarə olunması Şöbəsi, digəri isə İnformasiya təhlükəsizliyi Şöbəsidir.
Bununla da Dövlət Vergi Xidmətinin aparatına tabe qurumların sayı 21-ə çatdırılıb.