Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Eləcə də bax: Vergi yığımlarında 4 milyard manata yaxın artım - VERGİ XİDMƏTİ RƏQƏMLƏRİ AÇIQLADI
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, indiyədək ölkə ərazisində 67 min 755 ədəd yeni nəsil NKA quraşdırılıb.
Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Bu ilin yanvar-iyul aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 13 milyard 229 milyon 241,6 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz çoxdur. (Azərtac)