Azərbaycanda qeyri-rezident müəssisələrin ödədiyi dividendlər vergiyə cəlb edilə bilər.
FED.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır.
Təklif olunan dəyişikliyə əsasən, qeyri-rezident müəssisələrin ödədiyi dividenddən 5 % vergi tutulması nəzərdə tutulur.












