Bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1,8 milyard manatdan çox olub.
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,7 % çoxdur.
O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14 % artaraq 1,2 milyard manat təşkil edib.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 13,8 % artaraq 64,5 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17,1 % artaraq 48,9 milyon manata çatıb.
İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 9,2 % artaraq 318,3 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,2 % artaraq 225,1 milyon manat olub.