Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 2000-2500 MANAT- VAKANSİYA
Dövlət komitəsi işçilər axtarır - VAKANSİYALAR
"Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
"Azersun Holding" işçi axtarır - VAKANSİYA
"AccessBank" işçi axtarır - VAKANSİYA
"VTB Bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
"Xalq Bank" işçilər axtarır - VAKANSİYALAR
"Bravo" işçi axtarır - VAKANSİYA
"Kapital Bank" işçilər axtarır - VAKANSİYALAR
"AZAL" işçilər axtarır - VAKANSİYALAR
"Buta Group" işçi axtarır - VAKANSİYA
Xalq Bank
Müştəri xidməti şöbəsinin mütəxəssisi
Son tarix 25 iyl 2023 Müraciət et
Təsvir:
- Ali magistr təhsili;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bu sahə üzrə 2 (iki) il iş təcrübəsinin olması arzuolunandır;
- Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
- Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompyuter bilikləri;
- Azərbaycan dilini mükəmməl, Rus və İngilis dillərini bilən namizədlərə üstünlük veriləcək.
Anderrayter
Son tarix 25 iyl 2023 Müraciət et
Tələb olunan bilik və bacarıqlar:
- Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər (Word,Excel-yüksək səviyyədə);
- Dil bilikləri- azərbaycan dili-əla; Rus və ingilis dillərinin mükəmməl səviyyədə olması.
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil (İqtisadiyyat yönümlü ali təhsilə üstünlük verilir);
- Təkrarsığorta və ya anderraytinq sahəsində ən azı 2 il iş təcrübəsinə malik olmaq;
- Analitik düşünmə;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli.
Vəzifə öhdəlikləri:
- Risklərin qiymətləndirilməsi və təkliflərin hazırlanması;
- Sığorta şərtlərini müəyyən etmək;
- Bütün Anderraytinq sənədləri üzrə bazanın tərtib edilməsi və ona nəzarət edilməsi;
- Şirkət daxildən şöbəyə göndərilən riskləri qiymətləndirmək;
- Müvafiq sığorta məhsulları üzrə sığorta şərtlərinin sistemləşdirilməsi və təkmilləşdirilməsi sahəsində fəaliyyəti həyata keçirmək;
- Gündəlik və aylıq hesabatları düzgün aparmaq, rəhbərliyə təqdim etmək;
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (08:30-17:30);
- İş yeri: Bakı şəhəri
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Anderrayter) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.
Hüquqşünas
Son tarix 25 iyl 2023 Müraciət et
Tələb olunan bilik və bacarıqlar:
- Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər (Word, Excel-yaxşı səviyyədə);
- Dil bilikləri- azərbaycan dili-əla; ingilis dili, rus dili -arzuolunandır.
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil (Hüquq üzrə);
- İş təcrübəsi: minimum 1 il (sığorta sahəsində olması arzuolunandır);
- Ünsiyyət qurmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli.
Vəzifə öhdəlikləri:
- Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlaması;
- Subroqasiya tələbləri üzrə lazımi materialların hazırlanması, müvafiq pretenziyaların göndərilməsi;
- Subroqasiya tələbinin məhkəməyə qədər, məhkəmə və məhkəmə sonrası təmin edilməsi;
- Məhkəmələrdə, ictimai və dövlət idarələrində şirkətin maraqlarını təmsil etmək;
- Sığorta ödənişinin verilməsi barəsində məsələnin həllini tapmaq üçün hüquq-mühafizə və digər orqanlarından lazımi sənədləri almaq;
- Aidiyyatı orqanlara sorğu və müraciətlər göndərmək, daxil olmuş müraciətləri cavablandırmaq;
- Şöbənin fəaliyyəti ilə əlaqədar digər tapşırıqların yerinə yetirilməsi.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Hüquqşünas) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.
Biznes və istehlak kreditlərinin təhlili şöbəsinin mütəxəssisi
Son tarix 25 iyl 2023 Müraciət et
Təsvir:
- Kredit İdarəsinə daxil olmuş istehlak, biznes və fond krediti müracətlərini almaq və təhlil edilməsi;
- Əldə olunmuş məlumatlar əsasında Borcalanların ödəmə qabiliyyətinin qiymətləndirilməsi, kredit rəyinin tərtib edilməsi keyfiyyətinin və aparılmış maliyyə-iqtisadi araşdırmanın tamlığının təhlil edilməsi;
- Daxil olunmuş müraciətlərinin lazımi tələblərə və limitlərə cavab verməsinə nəzarət edilməsi və müvafiq tələblərə cavab verməyən sənədlərin geri qaytarılması;
- Kredit üzrə müraciətlərə Kredit komitəsində baxılması üçun sifarişlərin məqsəduyğunluğu barədə vahid rəyin hazırlanması;
- Kredit İdarəsi iclasının gündəliyini hazırlanması və razılaşdırılmaya göndərilmiş müraciətlərin aktlaşdırılması;
- Bankın filiallarının Kredit bölmələrinin əməkdaşlarına maliyyə təhlili üzrə lazımi məsləhətlərin verilməsi və onların işinə nəzarət edilməsi;
- Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə edilməklə müxtəlif ssenarilərin təhlili və simulyasiya edilməsi.
Tələblər:
- Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;
- Bankda Kredit sahəsində (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Maliyyə hesabatlarının oxuma və təhlil etmə bacarığı;
- Stressə davamlılıq, komandada işləmə bacarığı;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.