Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 2000-2500 MANAT- VAKANSİYA
Dövlət komitəsi işçilər axtarır - VAKANSİYALAR
"Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
"Azersun Holding" işçi axtarır - VAKANSİYA
"AccessBank" işçi axtarır - VAKANSİYA
"VTB Bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
"Xalq Bank" işçilər axtarır - VAKANSİYALAR
"Bravo" işçi axtarır - VAKANSİYA
"Kapital Bank" işçilər axtarır - VAKANSİYALAR
"AZAL" işçilər axtarır - VAKANSİYALAR
"Buta Group" işçi axtarır - VAKANSİYA
Bank Respublika ASC
Pərakəndə Bankçılıq üzrə Mütəxəssis (Nəsimi filialı)
Son tarix 08 iyl 2023 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bankın fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərmək;
- Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;
- Bank kartları, Təcili Pul köçürmələri və Bank Seyfi üzrə əməliyyatlar aparmaq;
- Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
- Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
- Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
- Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;
- Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili bilənlərə üstünlük verilir;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 07 iyul 2023-cü il tarixinədək email-in mövzu hissəsində Pərakəndə Bankçılıq üzrə mütəxəssis (Nəsimi) qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Məlumat mərkəzi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi
Son tarix 08 iyl 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Banka daxil olan telefon zənglərini qəbul etmək və onların ətraflı cavablandırılmasını həyata keçirmək;
- Telefon vasitəsilə xidmət göstərdikdən sonra müştəriləri Bankın cari kampaniyaları haqqında məlumatlandırmaq;
- İntrabank və digər mənbələrdən gələn bütün məlumatlarla tanış olmaq;
- Bankın məhsul və xidmətləri, tarif və kampaniyaları haqqında məlumatlı olmaq.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Aidiyyati sahə üzrə iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
- Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 07 iyul 2023-cü il tarixinədək email-in mövzu hissəsində Məlumat mərkəzi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Ekvayrinq və riskli əməliyyatların monitorinqi üzrə mütəxəssis
Son tarix 08 iyl 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Etiraz ərizələri (Chargebacks) ilə iş: baxılması, təhlili, növbəti addımların müəyyən edilməsi;
- Etiraz ərizlərinin Visa və Mastercard sistemlərində qeydiyyata alınması (VROL, Mastercom);
- Banka qarşı sürülən etiraz ərizələrinin izlənməsi, cavablandırılması və sonrakı nəzarət;
- Banka qarşı sürülən etiraz ərizələri üzrə sənədlərin toplanması, araşdırılması və müvafiq qərarın qəbul edilməsi;
- Etiraz ərizələri üzrə tələb olunan hesabatlığın tərtib olunması;
- Elektron ticarətdə yarana biləcək risklərin təhlili;
- Bankın kartları ilə aparılan əməliyyatların mütəmadi təhlili və potensial risklərin müəyyən edilməsi;
- Bankın ekvayrinq şəbəkəsində aparılan əməliyyatların təhlili və potensial risklərin müəyyən edilməsi.
Namizədə qarşı tələblər:
- Ali iqtisadi təhsil;
- Bank kartları sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
- Etiraz əməliyyatları (Chargebacks) haqqında biliklər və bu əməliyyatların aparılması bacarıqları;
- Etiraz əməliyyatlarına dair Ödəniş Sistemlərinin qaydaları haqqında biliklər;
- Risklərin və “fraud” hallarının müəyyən edilməsi məqsədilə kartlar ilə aparılan əməliyyatları təhlil etmə qabiliyyəti;
- Ödəniş Sistemləri və prosesinq şirkətinin nümayəndələri ilə danşıqların aparılması təcrübəsi;
- Komandada işləmək və digər struktur bölmələr ilə əlaqələr qurmaq bacarıqları;
- Diqqətlilik, məsuliyyət və məqsədyönlülük.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 07 iyul 2023-cü il tarixinədək email-in mövzu hissəsində Ekvayrinq və riskli əməliyyatların monitorinqi üzrə mütəxəssis qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.