Unibank
Mikro kreditlər üzrə mütəxəssis
Son tarix 13 iyl 2024 - Müraciət et
Vakansiyalar Abşeron və Bakı filialları üçün nəzərdə tutulmuşdur.
İşin təsviri:
- Kredit bazarını təhlil edir və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir;
- Mikro kreditlər üzrə sifarişləri qəbul edir, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır;
- Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması;
- Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması;
- Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir;
- Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Sahə üzrə ən azı 1-3 illik bank və BOKT təcrübəsi;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- Ünsiyyət qurmaq və Azərbaycan dilində sərbəst danışmaq bacarqıları;
- İşdə dəqiqlik, məsuliyyətlilik.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12 İyul 2024-cü il tarixinədək elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Mikro kreditlər üzrə mütəxəssisi – Təcrübəli) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.