Umico (Competo MMC)
CRM Analitik
Son tarix 27 apr 2024 - [email protected]
Vəzifə haqqında:
CRM Analitik olaraq əməkdaş Cəmiyyət daxilində müxtəlif hesabatların hazırlanması, mövcud məlumatın təhlili, göstəricilərin analizi ilə məşğul olan geniş komandanın bir hissəsi olacaq.
Vəzifə öhdəlikləri:
- Müvafiq struktur-bölmələrin periodik məlumat analitikası ilə bağlı suallarını cavablamaq və tapşırıqlarını icra etmək ;
- Müxtəlif periodik hesabatların hazırlanması (həftəlik, aylıq, illik) ;
- Məlumatın müxtəlif mənbələrdən (DB/Excel/sair) toplanılması, emalı və analizi ;
- Emal olunmuş məlumatın hesabatlar formasında vizuallaşdırılması ;
- Müştəri və tərəfdaş göstəriciləri əsasında praktik analizin və proqnozlaşdırılmanın aparılması (tendensiyalar, sezonlanma, anomaliya və sair.) ;
Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahədə (CRM Analitik/Data analitik) minimal 6 ay təcrübə;
- SQL sorğu dilinin sərbəst istifadəsi; (vacib)
- Microsoft Excel proqramı bilikləri; (vacib)
- Azərbaycan və Rus dillərini bilmək; (vacib)
- Minimal Python bilikləri (arzuolunandır, üstünlük hesab edilir);
- Analitik və kritik düşünmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara diqqətlilik;
- Ünsiyyətlilik;
- Komandada işləmək bacarığı;
Şərtlər:
- İş rejimi: 5/2
- Əmək haqqı: müsahibə zamanı namizədin biliyinə və təcrübəsinə əsasən müəyyən olunacaq
- İş yeri : Baku White City
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, CV-ni " CRM analyst " mövzu hissəsində qeyd etməklə elektron poçtuna göndərsinlər.