Shaurma N1
Mühasib
Son tarix 14 sen 2024 - [email protected]
Əmək haqqı: 800-1200 Azn (gross)
Vəzifəyə olan tələblər:
- Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və köçürülməsini təmin etmək;
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
- Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Əmək haqqının hesablanılması və ödənilməsi, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
- E-qaimələrin, təhvil-təslim aktlarının, müqavilələrin hazırlanması;
- Məzuniyyət, xəstəlik vərəqələrinin və son haqq-hesabın hesablanması;
- Debitor və kreditorlara nəzarət edilməsi;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkili və nəzarət edilməsi;
Namizədə olan tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
- Müvafiq sahə üzrə 3-4 il təcrübə;
- Dil biliyi: Azərbaycan dili ( rus və ingilis dili üstünlükdür);
- Komputer biliyi: MS office və 1 C 8.3 proqramı biliyi;
- Ünsiyyət qurmaq bacarığı;
- Kollektivdə işləmək bacarığı;
- Vergi Məcəlləsi üzrə biliklər.
- Dövlət orqanlarına hesabatların təqdim etməyi bacarmalı (ƏDV, DSMF, Statistika və s)
- Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən Mühasibat Uçotu və Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi Qaydalarını bilməli;
Namizədlərdən CV-lərini "Mühasib" mövzusu ilə e-mail ünvanına göndərmələri xahiş olunur.