Caspian Finance BOKT
SMM üzrə mütəxəssis
Son tarix 16 noy 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Sosial media hesabları (Instagram, Facebook, LinkedIn və s.) üçün kontent planın hazırlanması və idarə edilməsi
- Şirkətin brend kimliyinə uyğun vizual və mətni kontentlərin (post, reel, story) konseptinin qurulması
- Şərh və mesajların vaxtında, nəzakətlə cavablandırılması (kommunikasiya idarəetməsi)
- Aylıq hesabatların hazırlanması, səhifə dinamikasının və rəqiblərin analiz olunması
Namizədə tələblər:
- SMM sahəsində minimum 1-2 il iş təcrübəsi
- Azərbaycan dilində səlis və qrammatik düzgün yazı qabiliyyəti (Rus/İngilis dili arzuolunandır).
- Vizual zövq, trendləri izləmə və kreativ yanaşma qabiliyyəti
- Əsas dizayn və video redaktə alətlərindən (Canva, CapCut, Photoshop və s.) istifadə bacarığı
İş şəraiti
- İş qrafiki: 5 günlük (09:00-18:00)
- Vəzifə üzrə əmək haqqı: 800-1000 AZN
- Ünvan: Bakı, Yasamal ray., Həsən bəy Zərdabi prospekti 2A (Shokolad Tower)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.














