Azərbaycan Texniki Universiteti (VÖEN: 1300231171) tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində Universitet üçün avtobusun satınalınması nəzərdə tutulub. Bunun üçün 146 min 750 manat vəsait ayrılıb.
Tenderdə iştirak haqqı 250 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Vüsal Hüseynov - Satınalma təchizat sektorunun müdiri /
[email protected] / +994 55 676 88 08
Şərtlərə görə
1. Avtobusun buraxılış ili minimum 2025-ci il, zəmanət müddəti minimum 1 il və ya 250 000 km olmalıdır.
2. Oturacaqların sayı: minimum 28+1
3. Təkər formulu: 4×2
4. Uzunluğu: minimum 7080 mm
5. Eni: minimum 2035 mm
6. Hündürlüyü: minimum 2755 mm
7. Klirens: minimum 195 mm
8. Mühərrik tipi: dizel, turbo, minimum Avro 4
9. Transmissiya: mexaniki, minimum 5 irəli + 1 geri ötürücü
10. Təkər/şin ölçüləri (ön və arxa): minimum 205/75 R17.5, 10PR
11. Yanacaq çəni: minimum 95 litr
12. Duman əleyhinə faralar: olmalıdır
13. Ehtiyat təkər: olmalıdır
14. Hidravlik sükan: olmalıdır
15. Radio + CD: olmalıdır
16. Elektrik şüşəqaldırıcılar: olmalıdır
17. Günəşdən qoruyucu günlük: olmalıdır
18. Yanğınsöndürən: olmalıdır
19. Mikrofon: olmalıdır
20. Rəng: ağ
21. Mühərrikin işçi həcmi: minimum 3.9 L
22. Mühərrik gücü: minimum 150 a.g.
Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanının alınması və rəsmiləşdirilməsi təchizatçı tərəfindən təmin edilməlidir. Təklif edilən avtomobil yeni, istismar edilməmiş olmalıdır. Tələb olunan texniki spesifikasiyalar minimum tələbləri ifadə edir. Minimum texniki spesifikasiyalara cavab verən və daha üstün texniki göstəricilərə malik təkliflər də uyğun hesab edilir və qiymətləndirməyə qəbul olunur.














