Qafqaz Baku City Hotel & Residences
Rezervasiya üzrə inzibatçı
Son tarix 18 may 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- Qonaq sorğularına cavab vermək, dəyişikliklər etmək və ləğv proseslərini icra etmək.
- Xüsusi qonaq tələblərini nəzərə almaq və müştəri məmnuniyyətini təmin etmək.
- Satış, resepsiya və ya əməliyyat komandaları ilə əməkdaşlıq edərək xidmətlərin fasiləsiz göstərilməsini təmin etmək.
- Artıq bron etmə hallarını həll etmək, sistem xətalarını aradan qaldırmaq və müştəri şikayətlərini idarə etmək.
- Rezervasiyaları, müştəri məlumatlarını və əməliyyatlarla bağlı məlumatları qeydiyyata almaq və yeniləmək.
- Gündəlik, həftəlik və aylıq rezervasiya hesabatlarını hazırlamaq.
- Müştərilərdən daxil olan zənglərə cavab vermək və elektron poçt vasitəsilə rezervasiya sorğularına və ya tələblərinə cavab vermək.
- Rezervasiyaları, ləğvləri və dəyişiklikləri rezervasiya proqramı vasitəsilə icra etmək.
- Onlayn kanalları idarə etmək bacarığı, kanalların aylıq incələnməsi və məruzənin verilməsi.
- Müxtəlif qiymət kateqoriyaları, xüsusi təkliflər və müştəri seqmentləri üçün tarif kodlarını təyin etmək və idarə etmək, düzgün qiymət və əlçatanlığı təmin etmək.
- Digər şöbələrlə ünsiyyət quraraq qonaq tələblərinin yerinə yetirilməsini təmin etmək.
- Müştəri məlumatlarını rezervasiya sistemində yeniləmək və qorumaq.
- Gündəlik yazışmaları idarə etmək.
Tələblər
- Qonaqpərvərlik sektorunda oxşar vəzifədə ən azı 2-3 il iş təcrübəsi.
- Rus və İngilis dillərini bilmək.
- Əla ünsiyyət və müştəri xidməti bacarıqları.
- Diqqətcil olmaq və sürətli iş mühitində işləmə bacarığı.
- Rezervasiya idarəetmə proqramları və alətləri üzrə bilik və təcrübə (Opera proqramında sərbəst işləmə bacarığı).
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et butonunda qeyd olunan elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Rezervasiya üzrə inzibatçı” qeyd etməyiniz xahiş olunur