PMD Projects LLC
Aparıcı Maliyyə Nəzarətçisi
Son tarix 24 avq 2023 Müraciət et
Təsvir:
- Maliyyə hesabatlarının analizi;
- Maliyyə hesabatları hazırlanarkən Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) üzrə hazırlanmasına və uyğunluğuna nəzarət;
- Daxili və xarici audit yoxlamaları zamanı proseslərin koordinasiya edilməsində iştirak;
- İllik büdcənin hazırlanması;
- Aylıq əsasda büdcə fakt analizi;
- Aylıq əsasda pul vəsaitlərinin axını hesabatının analizi;
- Maliyyə periodu üzrə Aylıq/ İllik hesabatların hazırlanmasının koordinasiya edilməsi və icrasında yaxından iştirak;
- Həftəlik əsasda avans hesabatının yoxlanması;
- 1C ERP sisteminin təkmilləşdirilməsində iştirak;
- Siyasət, proses və prosedurların yazılmasında iştirak;
- Vergi üzrə əməliyyatların nəticəsində yaranmış aktivlərin və öhdəliklərin hesablanmasına və mühasibat uçotunda düzgün əks olunmasına nəzarət;
- Beynəlxalq mühasibat uçotu ilə vergi uçotu arasında transformasiyanın düzgünlüyünə nəzarət
- Rəhbərliyə təqdim edilən aylıq, rüblük və illik hesabatların hazırlanmasında yaxından iştirak;
- Sənədləşmələrin və əməliyyatların şirkətin siyasətinə və qəbul edilmiş mühasibatlıq prinsiplərinə uyğun qaydada icrası.
Tələblər:
- Ali təhsil: Maliyyə və Mühasibatlıq sahəsində ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə azı 3-4 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – orta;
- Kompüter bacarıqları: MS Office, 1C 8.3 mühasibatlıq sistemində işləmə qabiliyyəti;
- Peşəkar ünsiyyət bacarığı;
- Analitik düşüncə və problemin həll istiqamətində təşəbbüs irəli sürmək bacarığı.
- Maliyyə və Mühasibatlıq sahəsinə aid olan beynəlxalq sertifikatlara sahib olanalara üstünlük veriləcəkdir.
Layihə müdiri
Son tarix 24 avq 2023 Müraciət et
Öhdəliklər:
- Tikinti layihələrini şirkətin daxili prosedur və qaydalarına, qüvvədə olan müvafiq qanunvericilik aktlarına və digər qanuni və ya tənzimləyici normalarına uyğun idarə etmək;
- Layihənin razılaşdırılmış müddətə, ayrılmış büdcə çərçivəsində və tələb olunan keyfiyyətdə həyata keçirilməsini təmin etmək;
- Layihə üzrə işlər həcmini (ilkin tələblər, müqavilələr, spesifikasiya, layihələndirmə sənədləri və s.) planlaşdırmaq, təsdiqləmək və icrasına nəzarət etmək;
- Tikinti əməliyyatlarını planlaşdırmaq, o cümlədən layihənin iş qrafikinin hazırlanması, proqresin izlənilməsi və nəzarət edilməsinə rəhbərlik etmək;
- Layihələrin icra statusu barədə mütəmadi olaraq hesabatları hazırlamaq və bütün maraqlı tərəfləri məlumatlandırmaq;
- Layihə üzrə ehtimal büdcələrin, qiymət cədvəllərinin tərtibatına rəhbərlik etmək və tikinti xərclərini layihənin bütün həyat dövrü idarə etmək;
- Layihə üzrə maraqlı tərəfləri müəyyən etmək, idarəetmə və monitorinqi üzrə işləri təşkil etmək;
- Layihə üzrə əlaqələndirmə işlərini həyata keçirmək, o cümlədən şirkətdaxili, layihə komandası, sifarişçi, son istifadəçi, podratçı şirkətlər və digər maraqlı tərəflərlə mütəmadi koordinasiya və kommunikasiya işlərini təşkil etmək;
- Layihə üzrə resursları idarə etmək, o cümlədən işçi qüvvəsi, material, xidmət və avadanlıqların təmin edilməsini təşkil etmək;
- Layihə üzrə maliyyə axınını planlaşdırmaq və layihənin icrası müddətində təhlil edilməsinə nəzarət etmək;
- Layihənin bütün maraqlı tərəflərlə mərhələli şəkildə razılaşdırılmasını təmin etmək;
- Layihənin şirkətin SƏTƏM və Keyfiyyətin idarəedilməsi ilə bağlı siyasət və qaydalarına uyğun həyata keçirilməsini təmin etmək;
- Layihə üzrə satınalmaları idarə etmək, o cümlədən satınalma strategiyasını hazırlamaq, satınalmaları planlaşdırmaq, həyata keçirmək və nəzarət etmək;
- Sifarişçi və podratçılar ilə müqavilə inzibatçılığı işlərinin icrasına nəzarət etmək;
- Layihə üzrə dəyişikliklərin kompleks idarə edilməsi və nəzarətini təşkil etmək;
- Layihə üzrə risklərin müəyyən edilməsi, təhlil edilməsi, tədbirlər planının hazırlanması, icrası və monitorinqi işlərini həyata keçirmək;
- Tabeçiliyində olan komandanın səmərəli idarəedilməsi, qiymətləndirilməsi və inkişafı ilə bağlı tövsiyələrin verilməsi;
- Resursların (işçi, maliyyə, material və s.) layihələr arasında səmərəli bölgüsünü təşkil etmək;
- Layihələrin mənfətliliyini artırmaq üçün səy göstərmək, o cümlədən, lazımi strategiya, alət və üsullardan istifadə etmək;
- Layihə üzrə idarəetmə sənədləşmə işlərinin təşkil edilməsi, o cümlədən Nizamnamə, İdarəetmə Planları, Dəyişiklik formaları və digər layihə sənədlərinin hazırlanması, təsdiqlənməsi və arxivləşdirilməsini təmin etmək.
Tələblər:
- Mühəndislik ixtisası üzrə ali təhsil;
- Tikinti layihələrinin idarəedilməsi sahəsində azı 10 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı, Rus dili– arzuolunandır;
- Kompüter bacarıqları: MS Office, Autocad;
- Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər;
- PMP və ya digər oxşar sertifikatların olması arzuolunandır;
- Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı.
Planlaşdırma üzrə mühəndis
Son tarix 24 avq 2023 Müraciət et
Təsvir:
- Qiymət və Ölçülən İşlər Cədvəli əsasında incələnərək yeni strateji plan hazırlamaq
- Podratçılardan detallı iş qrafikinin alınmasını təmin etmək və analiz edərək düzəlişlər etmək, ehtiyac yarandıqda podratçılarla görüşərək detallı iş qrafikinin hazırlanmasına köməklik etmək;
- Podratçılarla hesabat formalarının necə doldurulmasını müzakirə edərək aydınlıq gətirmək
- Layihələrdən toplanan məlumatları analiz edərək həftəlik hesabatlar hazırlamaq;
- Layihələr üzrə gecikmə hesabatlarını hazırlamaq;
- Gecikmələrin səbəblərini aşkarlamaq və qarşısını almaq üçün tədbirlər müəyyənləşdirmək;
- Həftəlik hesabatları layihə rəhbərləri ilə müzakirə etmək;
- Maliyyə nəzarətçilərindən toplanan məlumatları analiz edərək ikihəftəlik hesabatları hazırlamaq;
- Sahələrdən alınan həftəlik hesabatlar nəticəsində iş qrafiklərini həftəlik olaraq yeniləmək;
- Sahələrə davamlı səfərlər edərək görülən işlərin göndərilən hesabatlarla doğruluğuna nəzarət etmək;
- Sahə səfərləri hesabatlarını hazırlamaq;
- Yeni layihələri həftəlik və ikihəftəlik hesabatlarda qeyd etmək;
- Podratçılarla iclaslarda iştirak etmək;
- Layihələndirmə mərhələsində inkişaf statusunu həftəlik yeniləmək;
- PMD Projects işçi resurslarının layihələr üzrə paylanmasını, resursların planlanmasını həyata keçirmək;
- Təchizat şöbəsindən alınan məlumat əsasında tenderdə olan layihələrin statusunun dəyərləndirmək və növbəti ikihəftəlik təchizat izlənmə qrafikini hazırlamaq;
- Qiymət Cədvəlində ölçülmüş işlərin əsasında resursları təyin etmək;
- S - Əyrisi inkişaf qrafikini hazırlamaq;
- Tender üçün Level 1 qrafikini tərtib etmək;
- Həftəlik hesabatlarda inkişafı göstərmək;
- Planlaşdırılan və faktiki inkişaf fərqini (delta) göstərmək.
Tələblər:
- Ali təhsil: İnşaat və yaxın sahələr üzrə minimum bakalavr dərəcəsi
- İş təcrübəsi : Mülki tikinti sahəsində planlama üzrə azı 3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili– yaxşı
- Kompüter bacarıqları: Primavera P6, MS Project və MS Office
- Ezamiyyətlərə açıq olmaq
Aparıcı memar
Son tarix 24 avq 2023 Müraciət et
Təsvir:
- Layihələrin ilkin mərhələlərində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək,
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək,
- Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək,
- Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək,
- Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan aşağıdakı tərəflərlə yaxın əməkdaşlıq etmək:
- Departament daxili və layihəyə cəlb edilmiş komanda ilə;
- Maraqlı tərəflər ilə;
- Layihəçi təşkilatlara aid layihələndirmə heyətləri ilə;
- Məsləhətçilər və eləcə də dizayn prosesinə töhfə verən bütün mütəxəssislər ilə;
- Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq,
- Layihənin tender prosesinə texniki dəstək vermək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək,
- İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək,
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.
Tələblər:
- Ali təhsil (memarlıq ixtisası üzrə)
- Müvafiq sahə üzrə azı 5 il (tikinti və ofis) iş təcrübəsi
- Tikinti normativ sənədləri barədə biliklər: AzDTN, SNİP, NFPA
- Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili - yaxşı
- Kompüter bilikləri: MS Office, AutoCAD
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq
- Ezamiyyətlərə getməyə açıq olmaq