Bu şirkətlər işçi yığır: əmək haqqı 500-600-800-1000-1200 manat - 22 VAKANSİYA
"Starex" işçi axtarır - MAAŞ 1200-1500 MANAT - VAKANSİYA
"Yağmur Mebel" işçi axtarır - MAAŞ 800 MANAT - VAKANSİYA
"Embawood" işçi axtarır - VAKANSİYA
"Kapital Bank" işçi axtarır - VAKANSİYA
"PASHA Bank" işçilər axtarır - VAKANSİYALAR
"Azericard" işçi axtarır - VAKANSİYA
"Diamed Co" ASC işçi axtarır - VAKANSİYA
"Camal LTD" işçi axtarır - MAAŞ 1800-2000 MANAT - VAKANSİYA
"Başak Group" işçi axtarır - MAAŞ 1500-2000 MANAT - VAKANSİYA
"Camal LTD" işçi axtarır - MAAŞ 1800-2000 MANAT - VAKANSİYA
"Diamed Co" ASC işçi axtarır - VAKANSİYA
PASHA Bank
Məsafədən Satış üzrə Kiçik Mütəxəssis
Son tarix 10 avq 2022 - [email protected]
İşiniz nədən ibarətdir?
- Bütün seqmentlər üzrə potensial müştərilərlə telefon əlaqəsi yaradaraq, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsi və satışların təmin edilməsi;
- Yeni və potensial müştərilərin məhsul və xidmətlər barədə məlumatlandırılması zamanı əlavə olaraq çarpaz satışların aparılması;
- Xüsusi siyahılar üzrə mövcud və potensial müştərilərə təkrar zənglərin edilməsi;
- Müştərilərə ipoteka üzrə xüsusi siyahılara əsasən zənglərin edilməsi; (İpoteka Fondu tərəfindən istənilən sənədlər barədə müştərilərin məlumatlandırılması)
- Bütün məhsullarla bağlı müştərilərə video zənglərin edilməsi;
- Bütün seqmentlərə aid müştərilər üçün bank tərəfindən təqdim olunan məhsulların satışının təmin edilməsi;
- “Miles&Smiles” məhsulu üztə dəstəyin təmin edilməsi;
- Telefon vasitəsilə müştərilərə məhsul barədə konsultasiyaların aparılması və zəngdən sonra satışın təmin edilməsi üçün müvafiq strukturlara müvafiq qeydiyyatların təqdim edilməsi;
- Xüsusi proqram təminatı ilə millərin və “welcome” millərin hesablanmasının yoxlanılması;
- Müştəriyə aid əlaqə nömrəsinin dəyişdirilməsi, video identifikasiya ilə müştərinin kartının əldə edilməsi və imzasının təsdiqi;
- Kartların müştəriyə çatdırılmasının təmin edilməsi, müştərilərin sifariş zamanı çatışmayan məlumatlarının əldə edilməsi, müştəri şikayətlərinin təhlili və həll yollarının müəyyənləşdirilməsi;
- Məsafədən satış zamanı prosesdə yaranan problemlərin aradan qaldırılması və müştəriyə lazımi dəstəyin göstərilməsi;
- Satılmış məhsulların monitorinqi, tamamlanmamış müraciətlərlə bağlı sistemdən daxil olan imeyllərin qəbulu və prosesə uyğun olaraq icrası;
- Müştərilərin əlaqə nömrələrinin axtarışı və müştərilərə proses üzrə dəstək göstərilməsi;
- Təqdim olunmuş siyahılara və müvafiq kanallardan daxil olan müraciətlərə əsasən potensial müştərilərlə əlaqə saxlayıb məlumatların təqdim edilməsi, satışların həyata keçirilməsi və müvafiq sənədlərin toplanması;
- Satış zamanı fiziki görüş tələb edən məhsullarla bağlı daxil olan müraciətlərin təhlil edilməsi və Müştəri Menecerləri arasında kredit sifarişlərinin bölgüsü və xidmətin sona qədər aparılmasının izlənilməsi;
- Yeni müştərilər cəlb edərkən prosesin mövcud ÖMT (Öz Müştərini Tanı) proseslərinə uyğun aparılması;
- Bankın daxili proses və qaydalarının, strategiyasının, kredit siyasətinin öyrənilməsi və onlara müvafiq fəaliyyət göstərilməsi;
- Müştərinin satışdan sonra yaranan narahatlıqları ilə bağlı müştərilərdən daxil olan sorğulara əsasən müvafiq strukturlara müraciəti;
- Məhsul/xidmət əldə etmiş müştərilərin həmin məhsul üzrə yaranan sual və problemlərini araşdırmaq və müştəriyə lazımi dəstəyin göstərilməsi;
- Müştəri Menecerləri və potensial müştərilər üçün görüşlərin təmin edilməsi;
- Mümkün şübhəli əməliyyatların və hadisələrin müəyyənləşdirilməsi və təhlil edilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların icrası.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat və ya müvafiq sahədə Bakalavr təhsili
- İş təcrübəsi: Müvafiq sahədə minimum 0-1 il
- Xarici dillər: Azərbaycan dili (səlis), İngilis dili (səlis), Rus dili (səlis)
- Kompüter bilikləri: Microsoft Office (Excel, Word)
- Məhsul üzrə biliklər: Bankın məhsul və xidmətləri barədə məlumatlılıq
- Digər: Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Məsafədən satış üzrə Kiçik Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.
PASHA Bank
Fərdi Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis
Son tarix 01 sen 2022
İşiniz nədən ibarətdir?
- Xarici və daxili müştərilərdən daxil olan zənglərin 24/7 cavablandırılması;
- Bankın xidmətləri, məhsulları və tarifləri barədə müştərilərin məlumatlandırılması;
- Daxil olan zənglər və sorğular əsasında bankda istifadə olunan müxtəlif proqram təminatları vasitəsilə əməliyyatların icra edilməsi;
- Hər hansı şikayət, təklif və ya texniki çətinlik ilə bağlı müraciət daxil olduqda qeydiyyatının düzgün kateqoriyalar üzrə aparılması, sorğunun qeydiyyatı “açıq” statusunda olarkən izlənilməsi və müştərilərə vaxtında cavabların təqdim edilməsi;
- Xüsusi məhsullarla bağlı satış məqsədilə məsləhət xidmətinin təqdim edilməsi;
- Qeyri-iş saatlarında şübhəli əməliyyatların idarəedilməsi;
- Qeyri-iş saatlarında və bayram günlərində KOS və Korporativ müştərilərə dəstək göstərilməsi;
- Müxtəlif kanallar vasitəsilə (müştərilər üçün nəzərdə tutulmuş imeyl ünvanı, sosial şəbəkələrdən daxil olan sorğular və s.) daxil olan müştərilərin və bank əməkdaşlarının sorğularının idarəedilməsi;
- Bankın bütün strukturlarına dəstəyin göstərilməsi, daxil olan sorğuların araşdırılması , gedən zənglər, sorğular, fırıldaqçılıq əməliyyatlarının yoxlanılması;
- Şöbənin bütün funksiyalarının müvafiq daxili və xarici qaydalara uyğun olaraq icra edilməsi;
- Müvafiq proqram vasitəsilə müştəri sorğularının təyin edilmiş vaxt çərçivəsində icra edilməsi;
- Məhsul, xidmət və kampaniyalar barədə məlumatların bankın “Məlumat Mərkəzi” (FAQ) vasitəsilə gündəlik əsasda mənimsənilməsi;
- Müvafiq proqram vasitəsi ilə real vaxt rejimində bankın məhsul və xidmətlərində yaranan ümumi problemlərin nəzarəti və müştərilərin məlumatlandırması;
- Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların icrası.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Müvafiq sahədə minimum 0-1 il
- Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (səlis), İngilis dili (orta)
- Kompüter bilikləri: Microsoft Office (excel, world)
- Məhsul üzrə biliklər: Daxili siyasət və proseslər, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, qeyri-kredit bankçılıq xidmətləri, fərdi bankçılıq məhsulları, korporativ bankçılıq məhsulları
- Digər: Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Fərdi Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.