Bu şirkətlər işçi yığır: əmək haqqı 500-600-800-1000-1200 manat - 22 VAKANSİYA
"Starex" işçi axtarır - MAAŞ 1200-1500 MANAT - VAKANSİYA
"Yağmur Mebel" işçi axtarır - MAAŞ 800 MANAT - VAKANSİYA
"Embawood" işçi axtarır - VAKANSİYA
"Kapital Bank" işçi axtarır - VAKANSİYA
"PASHA Bank" işçilər axtarır - VAKANSİYALAR
"Azericard" işçi axtarır - VAKANSİYA
"Diamed Co" ASC işçi axtarır - VAKANSİYA
"Camal LTD" işçi axtarır - MAAŞ 1800-2000 MANAT - VAKANSİYA
"Başak Group" işçi axtarır - MAAŞ 1500-2000 MANAT - VAKANSİYA
"Camal LTD" işçi axtarır - MAAŞ 1800-2000 MANAT - VAKANSİYA
"Diamed Co" ASC işçi axtarır - VAKANSİYA
Başak Group
Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin Müdiri
Son tarix 02 sen 2022 - [email protected]
Namizədə aid tələblər:
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili,
- Təhsili: Ali təhsil, (iqtisadi, marketinq, ticarət);
- Biznes danışıqları aparmaq bacarığı;
- Müvafiq sahədə ən azı 3 il təcrübə;
- B2B, B2C, Online və topdan satış seqmentində iş xüsusiyyətlərinin praktiki biliyi;
- Uğurlu idarəetmə təcrübəsi və satış komandasının yaradılıb inkişaf etdirilməsi;
- Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti;
- Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyəti;
- Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq;
- Kompüter bilikləri: Microsoft Office, Outlook;
Vəzifə öhdəlikləri:
- Şirkətin və Marketinq Satış strategiyasının hazırlanması və strategiyanın tətbiqi üçün lazımi tədbirlərin planlaşdırılması və icrasını təmin etmək.
- Müştəri məmnuniyyəti ilə bağlı müxtəlif marketinq layihələrini həyata keçirmək.
- Bazar araşdırmaları, rəqiblərin məhsul və satış təhlili.
- Yeni satış vasitələrinin öyrənilməsi və müvafiq təkliflərin hazırlanması (korporativ satış, SMM, Loyallıq planı və s.).
- Əməkdaşlıq üçün reklam şirkətlərinin və qiymətlərinin araşdırılması.
- Müştəri məlumatlarının toplanması CRM sisteminin qurulması.
- Marketinqın qurduğu müştəri məlumatlarının toplanması sisteminin düzgün işləməsi üçün satış heyətini və sistemləri idarə etmək
- Müştəri ehtiyaclarını öyrənmək üçün bazar və müştəri analizlərini etmək.
- Bazar trendlərini araşdırmaq, mövcud və yeni məhsullar üçün bazar tələblərinin müəyyən etmək və onların təkmilləşdirilməsi müvafiq təkliflər vermək.
- Biznesin İnkişafı üçün layihələr hazırlamaq və təkliflər vermək
- Reklam, ictimaiyyətlə əlaqələr və digər kommunikasiya vasitələrindən yararlanaraq sistemi idarə etmək
- Satış dövrünün tam nəzarəti;
- Satışların təhlilini və satışın effektivliyini artırılmasına dair tədbirlər planını hazırlamaq;
- Satış kanallarını təkmilləşdirilməsi və optimallaşdırılması
- Bütün satış əməkdaşlarının fərdi hədəflərə nail olmalarına cavabdehlik daşımaq.
- Aylıq, rüblük və illik əsaslarda satış hədəflərinə nail olunmasını təmin etmək.
- Yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırb, problemlərin səbəblərini araşdırıb və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici tədbirlərin həyata keçirlməsi
- Şirkətin müxtəlif bölmələrinin cari marketinq fəaliyyəti haqqında məlumatlılığının təmin edilməsi üçün effektiv daxili kommunikasiyanı təşkil etmək
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: 1500-2000 AZN,
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Marketing director” yazaraq göndərə bilərlər.