MediClub
Əczaçı
Son tarix 16 iyl 2023 [email protected]
Əmək funksiyası:
- Müştərinin sifarişinin vaxtında və dəqiq yerinə yetirilməsi
- Aptekə alınan malların tərkiblərinə uyğun tələb olunan qaydada qorunub saxlanılması, yerləşdirilməsi və s.
Bilməlidir:
- Əczaçılıq işinin əsaslarını;
- Əczaçılıq üzrə normativ sənədləri;
- Həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısını;
- Dərman vasitələrinin sertifikatlaşdırılması, keyfiyyəti, səmərəliliyi, təhlükəsizliyi və dövlət qeydiyyatı ilə bağlı tələbləri və s.
Vəzifəyə qoyulan tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Sahəsi üzrə tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi;
- Dil bilikləri : Azərbaycan dili, Rus dili;
- İxtisas üzrə azı 3 il iş təcrübəsi.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə ;
- Növbəli iş rejimi ;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq 400-700 Azn arası təyin edilir.
Qeyd olunmuş tələblərə cavab verən namizədlər, mövzu hissəsində iddia edilən vəzifənin adını qeyd etməklə, CV- lərini elektron ünvanına göndərmələri xahiş olunur.
Keyfiyyətə nəzarət üzrə menecer
Son tarix 15 iyl 2023 [email protected]
İş haqqında məlumat:
- Keyfiyyət idarəetmə sisteminə aid olan prosedur, qayda, təlimat, qeyd formaları və digər sənəd layihələrinin hazırlanması, onların vaxtında və düzgün şəkildə tədbiq olunması;
- Keyfiyyət idarəetmə sisteminin beynəlxalq standartlara uyğun şəkildə qiymətləndirilməsi üçün illik plana əsasən audit proqramlarının hazırlanması, plana uyğun olaraq daxili qiymətləndirmə üzrə tədbirlərin keçirilməsi;
- Keyfiyyət idarəetmə sisteminin Rəhbərlik tərəfindən analizi üçün, zəruri olan məlumatların hazırlanması;
- Keyfiyyət idarəetmə sisteminin müvafiq proseslərinin icrası və s.
Namizədə tələblər:
- Ali tibbi təhsil ;
- ISO 9001 və ISO 45001 sertifikatların olması;
- Keyfiyyətə nəzarət sahəsində 1-3 il iş təcrübəsi;
- Azərbaycan, Rus və İngilis dili biliyi;
- Kollektivdə işləmək bacarığı, verilən tapşırıqların vaxtında yerinə yetirmə bacarığı ;
- Yüksək səviyyədə yazılı və şifahi nitq bacarığı ;
- Nizam-intizamlı.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə ;
- 6 günlük iş rejimi (Şənbə qısa iş günü) ;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq 1200-1900 Azn arası təyin edilir.
Qeyd olunmuş tələblərə cavab verən namizədlər, mövzu hissəsində iddia edilən vəzifənin adını qeyd etməklə, CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.