Leobank
Elektron əməliyyatların monitorinqi istiqamətinin Rəhbəri
Son tarix 06 fev 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Elektron əməliyyatların monitorinqi komandası işinin təşkili və idarə olunması, Beynəlxalq Ödəniş Sistemlərinin qaydalarına və bankın daxili prosedurlarına uyğun şəkildə;
- Bank kartları ilə fırıldaqçılıq səviyyəsinin göstəricilərinin təhlili və nəzarəti, tendensiyaların, ssenarilərin və yeni fırıldaqçılıq sxemlərinin müəyyənləşdirilməsi, həmçinin onların minimallaşdırılması üçün tövsiyələr və fəaliyyət planının hazırlanması;
- Fırıldaqçılıq insidentləri və şöbənin fəaliyyəti üzrə hesabatların daxili normativlərə və Mərkəzi Bankın tələblərinə uyğun tərtib edilməsi və təqdim olunması;
- Antifraud qaydalarının və monitorinq məntiqinin hazırlanmasında iştirak, antifraud sistemlərində preventiv mexanizmlərin tətbiqi;
- Komandanın KPI göstəricilərinə nəzarət, o cümlədən reaksiyanın vaxtında verilməsi, fırıldaqçılığın qarşısının alınma səviyyəsi və müraciətlərin keyfiyyətli emalı üzrə;
- Komandanın təlimi və inkişafı: təlimlərin təşkili, skript və qaydaların yenilənməsi, əməkdaşların ixtisasartırma sahələrinin müəyyən edilməsi, təlimatların hazırlanması;
- Motivasiya sistemlərinin işlənib hazırlanması və əməkdaşların fəaliyyətinin müntəzəm qiymətləndirilməsi, KPI göstəricilərinə nəzarət və peşəkar inkişaf üçün fərdi görüşlərin təşkili;
- Qeyri-standart hallara (kütləvi hücumlar, kritik nasazlıqlar və s.) operativ reaksiya, araşdırmaların aparılması, digər bölmələrlə koordinasiya.
Tələblər:
- Ali (və ya natamam ali) təhsil – iqtisadiyyat, maliyyə və ya oxşar sahələr üzrə;
- Bank və ya fintex sahəsində elektron əməliyyatların monitorinqi və ya müraciətlərin emalı üzrə azı 1,5 il iş təcrübəsi;
- İnternet-ekvayrinqin və bank kartları ilə ödəniş proseslərinin (o cümlədən CNP əməliyyatları, 3DS, çarcbek prosedurları) işləmə prinsiplərinin bilikləri;
- İngilis dili biliyi – ən azı Upper Intermediate səviyyəsində;
- Proaktiv mövqe, çeviklik, məsuliyyətə hazır olmaq, dəyişikliklər və transformasiyalarda təşəbbüskarlıq;
- Yüksək idarəetmə və kommunikasiya bacarıqları, komandaya motivasiya vermək və onu inkişaf etdirmək qabiliyyəti;
- Yüksək səviyyədə özünü təşkil etmə, analitik düşüncə, böyük həcmli məlumatlarla işləmək və qeyri-müəyyən şəraitdə əsaslandırılmış qərarlar qəbul etmək bacarığı;
- Şifahi və yazılı ünsiyyət bacarıqları: məlumatı aydın və strukturlaşdırılmış şəkildə çatdırmaq, analitik müzakirələr aparmaq və kross-funksional komandalarla əməkdaşlıq etmək bacarığı.
Üstünlük veriləcək namizədlər:
- Startap mühitində (xüsusən yüksək avtomatlaşdırılmış mühitdə) iş təcrübəsi;
- Sürətlə dəyişən və ya startap şəraitində proseslərin sıfırdan qurulması təcrübəsi;
- İT komandaları ilə əməkdaşlıq və antifraud həllərinin tətbiqində iştirak təcrübəsi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.










