Kapital Bank
Bazar Riskləri və Risk Hesabatlığı Şöbəsinin Baş Mütəxəssisi
Son tarix 04 avq 2023 Müraciət et
Öhdəliklər:
- Bankda risklərin idarə edilməsi ilə bağlı requlyativ normaların və bankın risk iştahası ilə müəyyən olunmuş kredit, bazar və likvidlik riskləri üzrə limitlərə nəzarət edilməsi;
- Müxtəlif ssenarilər üzrə risk yönümlü simulyasiyaların hazırlanmasında iştirak edilməsi;
- Likvidlik və bazar riskləri üzrə ssenari analizlərin aparılması;
- LCR, NSFR, ani likvidlik göstəricilərinin hesablanması, ödəniş müddətlərinin bölgüsü və likvidlik qəpi kimi təhlillərin aparılması;
- Likvidlik, bazar və kredit riskləri üzrə ümumiləşmiş hesabatların hazırlanması;
- Faiz dərəcəsi riskinin qiymətləndirilməsi və modellərin yenilənməsində iştirak edilməsi.
Tələblər:
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
- Praktiki Excel bacarıqları;
- SQL və ya Python-da proqramlaşdırma təcrübəsi
- Tableau-da işləmək bacarıqları arzuolunandır;
- CFA və ya FRM sertifikatlarına sahib olma arzuolunandır;
- İngilis dili biliklərinin olması mütləqdir, rus dili bilikləri arzuolunandır.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz
Risklərin idarə edilməsi departamentinin Bazar riskləri və risk hesabatlığı şöbəsinin baş mütəxəssisi
Son tarix 04 avq 2023 Müraciət et
Öhdəliklər:
- Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsi;
- Bankın yeni yerləşdirmələrinin bankdaxili qiymətli kağızlara investisiya siyasəti və prosedurlara, risk limitlərinə, habelə requlyativ norma və limitlərə uyğun aparılmasına nəzarətin həyata keçirilməsi;
- Riskə məruz dəyər, durasiya, həssaslıq təhlili kimi alətlər ilə bazar riskinin ölçülməsi;
- Bazar riskləri üzrə təhlillərin aparılması və hesabatların hazırlanması.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat və Maliyyə sahəsində olmasına üstünlük verilir);
- Sahə üzrə ən azı 2-3 illik iş təcrübəsi;
- Bloomberg platformasında işləmək bacarıqları;
- SQL və Python-da proqramlaşdırma təcrübəsinin olması üstünlükdür;
- Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlər. (FRM və CFA arzuolunandır);
- Əla səviyyədə Azərbaycan dili, ingilis dili biliyi, orta səviyyədə rus dili biliyi;
- Mükəmməl səviyyədə praktiki Excel bacarıqları;
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək müraciət edə bilərsiniz.