Ödəniş sistemlərinin developeri (Təcrübə)
Son tarix 10 dek 2021
Tələblər:
-
Javascript, HTML, CSS: əsaslarını bilmək;
-
SQL;
-
Rest, SOAP;
-
Xml;
-
Json;
-
Komandada işləmə bacarığı;
-
Texniki səviyyədə ingilis dili;
-
Analitik düşünmək və problem həll etmək bacarığı;
-
Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti;
-
Asan ünsiyyət qura bilmək;
-
Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq.
Öhdəliklər:
-
Verilən texniki tapşırığa uyğun proqram təminatlarının işlənib hazırlanması;
-
Sprint üzrə verilmiş tapşırıqları vaxtında, tələblərə uyğun hazırlanması;
-
Hazırladığı tapşırıqların ilkin sınaqlarını aparmaq və işlərin keyfiyyətli təhvil verilməsi;
-
Yeni proqram təminatı hazırlanması;
-
Mövcud proqram təminatlarına texniki dəstək göstərilməsi;
-
Mövcud proqram təminatlarının inkişaf etdirilməsi;
-
Proqram təminatlarının test edilməsi.
Müraciət üçün CV-lərinizi, mövzu hissəsində “Ödəniş sistemlərinin developeri ” qeyd etməklə göndərə bilərsiniz ([email protected]).
Bazar riskləri üzrə analitik
Son tarix 10 dek 2021
Öhdəliklər:
-
Likvidlik və bazar risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üzrə işlərin təşkili və bu prosesə nəzarətin həyata keçirilməsi;
-
İqtisadiyyatda və bank sektorunda baş verə biləcək potensial dəyişikliklərin öncədən müəyyənləşdirilməsi istiqamətində araşdırılmaların aparılması;
-
Bankın biznes siyasətinə təsir edə biləcək şok hadisələri nəzərə almaqla stress-test modellərin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflər verilməsinə nəzarət edilməsi;
-
Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsində və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
-
Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsi;
-
Bazar riskləri sahəsində araşdırılma aparılması.
Tələblər:
-
İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
-
Qiymətli kağızlar haqqında yüksək bilik;
-
Ümumi bazar risklərinin idarə edilməsi, risk metrikləri, maliyyə məhsulları, nəzəriyyə və anlayışları haqqında əla biliklər.
Üstünlük verilən bilik və bacarıqlar:
-
Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
-
CFA və ya FRM sertifikatlarına sahib olma arzuolunandır;
-
Əla səviyyədə praktiki Excel bacarıqları;
-
Python və SQL-də proqramlaşdırma təcrübəsi arzu olunandır;
-
İngilis dili biliklərinin olması mütləq, Rus dili bilikləri arzuolunandır;
-
Müvafiq olaraq mütəxəssis, aparıcı və baş mütəxəssis vakansiyaları üçün bazar risklərinin idarə edilməsi sahəsində minimum 1, 2 və 3 il iş təcrübəsi.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Kredit Risklərinin İdarə Edilməsi şöbəsinin Aparıcı mütəxəssis/Baş mütəxəssis
Son tarix 10 dek 2021
Öhdəliklər:
-
Anderraytinq və Kollekşn modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsini həyata keçirmək;
-
Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
-
Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi;
-
Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarət;
-
Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
-
Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
-
Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
-
Statistik modellərin hazırlanması.
Tələblər:
-
İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
-
Yüksək ünsiyyətqurma qabiliyyəti;
-
Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
-
Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
-
Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
-
İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi (Əlavə statistik proqram biliyi arzu olunandır R\python\SAS\Tibco və.s);
-
Risklərin idarə edilməsi sahəsində aparıcı mütəxəssis üçün minimum 2 il, baş mütəxəssis üçün isə minimum 3 il iş təcrübəsi.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.